Gürcüstanda yanan avtobusla bağlı Bakı avtovağzalından AÇIQLAMA

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gürcüstanda yanan sərnişin avtobusu ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov  faktı təstiqləyib. O bildirib ki, hadisə yanvarın 7-də təxminən 21.30 radələrində Gürcüstan ərazisində, Tbilisi yaxınlığında baş verib: "Türkiyənin “Öz Nuhoğlu” şirkətinə məxsus "Mercedes" markalı "16 HB A 05" nömrə nişanlı avtobusda bizə məlum olmayan səbəblərdən yanğın baş verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gürcüstanda yanan sərnişin avtobusu ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov  faktı təstiqləyib. O bildirib ki, hadisə yanvarın 7-də təxminən 21.30 radələrində Gürcüstan ərazisində, Tbilisi yaxınlığında baş verib: "Türkiyənin "Öz Nuhoğlu" şirkətinə məxsus "Mercedes" markalı "16 HB A 05" nömrə nişanlı avtobusda bizə məlum olmayan səbəblərdən yanğın baş verib. Sərnişinlər dərhal avtobusdan təxliyə olunub, xəsarət alan yoxdur. Gecə saatları olmasına baxmayaraq, sərnişinlər hoteldə yerləşdirilib və sonra digər avtobusla yola salınıb. Nəzərinizə çatdırırıq ki, avtobus 7 yanvar 2018-ci il saat 11:00-da Bakı Beynəlxalq Avtovağzalından Türkiyəyə yola salınıb". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31