Tacikistanın Azərbaycandakı səfiri Gəmiçilikdə olub

Yanvarın 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüş keçirilib. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmiçiliyin sədri Rauf Vəliyev qonağa  Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nailiyyətlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə barədə ətraflı məlumat verib.

Yanvarın 8-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüş keçirilib. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmiçiliyin sədri Rauf Vəliyev qonağa  Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nailiyyətlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə barədə ətraflı məlumat verib.

Səfir Rustam Soli Gəmiçiliyin tranzit imkanları ilə yaxından tanış olub.  Bildirib ki, Tacikistan Xəzər dənizi üzərindən də beynəlxalq bazarlara yük daşımaqda maraqlıdır.  

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31