NATO: “Azərbaycanın bu qərarını alqışlayırıq”
NATO və Azərbaycanın uzunmüddətli partnyorluğu mövcuddur. Bu gün bu əlaqə praktiki əməkdaşlığın müxtəlif sahələrini, təhlükəsizlik institutlarında islahatlar, Sovet İttifaqından qalma sursat və partlamamış minaların təhlükəsiz şəkildə aradan qaldırılması, Əfqanıstanda stabilliyin təmin edilməsinə yardım etmək, enerji təhlükəsizliyi, imkanların inkişaf etdirilməsi daxildir.
8 Yanvar 2018 16:07 SiyasətNATO və Azərbaycanın uzunmüddətli partnyorluğu mövcuddur. Bu gün bu əlaqə praktiki əməkdaşlığın müxtəlif sahələrini, təhlükəsizlik institutlarında islahatlar, Sovet İttifaqından qalma sursat və partlamamış minaların təhlükəsiz şəkildə aradan qaldırılması, Əfqanıstanda stabilliyin təmin edilməsinə yardım etmək, enerji təhlükəsizliyi, imkanların inkişaf etdirilməsi daxildir.
Bu fikirləri Azadinform-un sorğusuna cavab olaraq NATO rəsmisi bildirib.
Qeyd edilib ki, alyans Azərbaycanın qadınlar, sülh və təhlükəsizlik haqqında BMT Təhlükəsizlik Şurasının (TŞ) 1325 saylı qətnaməsini NATO ilə əməkdaşlığının gündəliyinə daxil etməsi barədə qərarını alqışlayır. Bundan əlavə bildirilib ki, NATO bu il də Azərbaycan hakimiyyət dairələri tərəfindən seçilmiş bütün sahələrdə əməkdaşlığı davam etdirmək öhdəliyinə sadiq qalır: "Biz Azərbaycan hakimiyyət nümayəndələrini təhlükəsizlik qüvvələri və institutları sahəsində islahatlar aparmaq üçün addımlar atmağa təşviq edirik. Bu yolla da həmin institutlarla əməkdaşlıq səviyyəsini alyansın institutları səviyyəsində gücləndirə bilərik. Bundan əlavə, Azərbaycanı NATO-nun Korrupsiyaya qarşı mübarizə üçün nəzərdə tutulan proqramının üstünlüklərindən faydalanmağa dəvət edirik".