“Qızıl buts”a iddia edənlər
"Latsio"nun hücumçusu Çiro İmmobile A seriyasında qollarının sayını 20-yə çatdırıb. XX turda "Spal"la səfər matçında poker edən 27 yaşlı forvard "qızıl buts" yarışında liderliyi ələ keçirib. Bununla, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn ("Tottenhem") və Mauro İkardinin ("İnter") isə aktivində 18 top var.
8 Yanvar 2018 15:24 İdman"Latsio"nun hücumçusu Çiro İmmobile A seriyasında qollarının sayını 20-yə çatdırıb. XX turda "Spal"la səfər matçında poker edən 27 yaşlı forvard "qızıl buts" yarışında liderliyi ələ keçirib. Bununla, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn ("Tottenhem") və Mauro İkardinin ("İnter") isə aktivində 18 top var.
Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb.
Azərbaycan Premyer Liqasının geridə qalan 14 turunda cəmi 9 qolla bombardirlər yarışına başçılıq edən "Qarabağ"ın futbolçusu Dino Ndlovu 9 xal toplaya bilib. CAR-lı forvardın gerilərdə qaldığı siyahının yuxarı pillələrində qərarlaşan 2 estoniyalı futbolçu ulduzların arasına düşməyi bacarıb.
Belə ki, Rauno Sapinnen və Albert Prosa Estoniyada bitən mövsümdə hərəyə 27 dəfə rəqib qapılarına yol tapıb ki, bununla "qızıl buts" yarışında 12-13-cü yerləri bölüşürlər.
"Qızıl buts" uğrunda mübarizədə son durum:
|
Yer |
Futbolçu |
Klubu / Ölkəsi |
Qol |
Xal |
|
1 |
Çiro İmmobile |
Latsio / İtaliya |
20 |
40 |
|
2 |
Edinson Kavani |
PSJ / Uruqvay |
19 |
38 |
|
3 |
Harri Keyn |
Tottenhem / İngiltərə |
18 |
36 |
|
Mauro İkardi |
İnter / Argentina |
18 |
36 |
|
|
5 |
Məhəmməd Salah |
Liverpul / Misir |
17 |
34 |
|
6 |
Lionel Messi |
Barselona / Argentina |
16 |
32 |
|
7 |
Robert Levandovski |
Bavariya / Polşa |
15 |
30 |
|
Radamel Falkao |
Monako / Kolumbiya |
15 |
30 |
|
|
9 |
Conas |
Benfika / Braziliya |
19 |
28.5 |
|
İqor Anqulo |
Qornik - İspaniya |
19 |
28,5 |
|
|
11 |
Paulo Dibala |
Yuventus - Argentina |
14 |
28 |
Qeyd edək ki, Lionel Messi və Kriştianu Ronaldo hərəyə 4 dəfə "qızıl buts" mükafatını qazanaraq, rekorda imza atıblar. Apasport.az