Azərbaycan gənclərinin VIII Forumu keçiriləcək

Azərbaycan gənclərinin VIII Forumu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyindən daxil olub. Bildirilib ki, forumun cari ilin birinci yarısında keçirilməsi nəzərdə tutulub.

Azərbaycan gənclərinin VIII Forumu keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyindən daxil olub. Bildirilib ki, forumun cari ilin birinci yarısında keçirilməsi nəzərdə tutulub. Forumun keçirilməsində məqsəd son üç ildə gənclər siyasəti sahəsində görülən işlərin müzakirəsi bu sahədə yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsidir. Nazirlikdən həmçinin bildirilib ki, gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmasının stimullaşdırılması məqsədilə gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31