Gündəm

Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilir

8 Yanvar 2018 14:16

Son illər Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı ölkənin simasını da əsaslı dərəcədə dəyişib. İndi təkcə paytaxt deyil, eləcə də bölgələr bu iqtisadi inkişafdan öz faydasını götürür. Nəticə etibarilə regionlarda yeni infrastruktur layihələri həyata keçirilir, istehsal müəssisələri yaradılır, daxili istehsal artır və işsizlik problemi aradan qaldırılır.

Televiziyada insan amili hər şeydən vacibdir

8 Yanvar 2018 14:06

Bu gün ölkədə fəaliyyət göstərən yerli telekanallarda yayımlanan müxtəlif səpkili verilişlərə ümumi nəzər salmaq istədik. Buna görə uzun illər müxtəlif televiziya şirkətlərində rəhbər vəzifələrdə çalışan və hazırda “Azad Azərbaycan” teleradio şirkətinin Bədii Şuranın sədri əməkdar jurnalist, prof.Etibar Babayevlə görüşüb söhbət etdik.

İran hadisələri “ərəb baharı”nın növbəti dalğasıdır?

8 Yanvar 2018 14:04

İranda baş verən son etiraz aksiyaları ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilməkdədir. Görünən odur ki, 10 gündən artıqdır ki, davam edən proseslər heç də göründüyü qədər sadə deyil və olanlar iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmanın konturlarını ortaya qoymaqdadır. 

Ustad sənətkardan gənclərə SƏRT SÖZLƏR

8 Yanvar 2018 13:59

Türkiyənin məşhur aktyoru Münir Özkulun dəfnində gənc aktyorların iştirak etməməsi sənət ailəmində etirazlra səbəb olub. Olaylar.az bildirir ki, dəfn mərasimində “Hababm sınfı” –nın aktyorlarından olan İlyas Salman Kıvanç Tatlıtuğ, Kənan İmirzalıoğlu, Engin Altan Düzyatan, Burak Özçivit, Kerem Bursinin dəfn mərasimində iştirak etməməsini sərt sözlərlə tənqid edib.

Baxçalı: "MHP prezident seçkilərində Ərdoğanın namizədliyini dəstəkləyəcək"

8 Yanvar 2018 13:59

Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkilərində Türkiyənin hazırkı prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

Saakaşvili ilə bağlı ərizə göndərilib, gözləyirik... - Tiflis

8 Yanvar 2018 13:57

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ekstradisiyası yalnız Ukrayna orqanlarının qərarından asılıdır. Gürcüstan Baş prokurorunun müavini Georgi Qoqadze ölkədə cinayət törətmiş istənilən şəxsin ədalət qarşısına çıxması üçün hər şeyi edəcəklərini bildirib:  “Bizim Ukraynanın müvafiq səlahiyyətli orqanları ilə münasibətlərimiz var. Saakaşvilinin vətəninə qaytarılması üçün ərizə artıq göndərilib. Hazırda həmin orqanlar Saakaşvilinin Gürcüstana təhvil verilməsi barədə qərar qəbul etməlidirlər”.

Nizami Cəfərov narazılıq etdi: Çoxlu qüsurlar var

8 Yanvar 2018 13:55

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub.

Türkiyə islamofobiya üçün komissiya yaratdı

8 Yanvar 2018 13:53

Türkiyə parlamenti Avropa Birliyinin dörd ölkəsində islamofobiyanın öyrənilməsi üçün komissiya yaradıb. Bu barədə informasiyanı “Belga” agentliyi yayıb. Ankaranın tədqiqat mərkəzinə çevirəcəyi ölkələrin Avstriya, Almaniya, Fransa və Belçika olduğu bildirilib: “Komissiya öz işinə sabahdan başlayacaq.

Fransa Rusiya sərhədinə hərbi texnika göndərir

8 Yanvar 2018 13:51

Fransanın 250-dən çox hərbçisi yanvar ayında tanklar və hərbi maşınlarla birgə NATO-nun Litvadakı beynəlxalq batalyonuna qoşulacaq. Bu barədə Litvanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

İrandakı olaylar başlanğıcdır, hədəf Çindir... -  Şok

8 Yanvar 2018 13:50

İran hadisələri başlanğıcdır. Maykl Dandreanın MKİ-də İran bölməsinə rəhbər gətirilməsi Trampın Obamanın İranı bölgə sisteminə inteqrasiya prosesindən imtina edib, daha təsirli fəaliyyətlər sisteminə keçməsinin göstəricisiydi. İranın bölgədə təsirini bu qədər genişləndirməsi İsraili, Səudiyyə Ərəbistanını və qismən də Türkiyəni narahat edib.

Zakir Fərəcov iki məmuru işdən çıxardı

8 Yanvar 2018 13:47

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov vəzifəsindən azad edilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, F.Kərimov işdən öz ərizəsi ilə ayrılıb. İcra başçısı Zakir Fərəcov onun istefa ərizəsini qəbul edərək işdən azad edilməsi barədə qərar verib.

Məhkəmə Xalq artistlərinin yarım milyonluq iddiası ilə bağlı QƏRAR VERDİ

8 Yanvar 2018 13:45

Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə, Ramiz Məlikin isə Məleykə Əsədovaya qar qarşı iddiası üzrə məhkəmə iclası davam edib.

500 kiloqram nakrotik maddə aşkarlandı

8 Yanvar 2018 13:43

İstanbul Baş Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları əməliyyat həyata keçiriblər. Əməliyyat nəticəsində 500 kiloqram narkotik maddə ələ aşkarlanıb.

Yunanıstan NATO –dan imtina etdi

8 Yanvar 2018 13:41

Yunanıstan rəsmiləri artıq hərbiçilərini ölkənin şimalında yeni istifadəyə veriləcək olan Aleksandarpolis şəhəri yaxınlığındakı NATO Hərbi Hava qüvvələrinə məxsus olan aerodromu mühafizə etməyəcəklərini açıqlayıblar. Müxalif mövqeyə sahib olan və Kommunist Partiyasının üzvü olan hərbiçilər bu açıqlamadan öncə  bəzi NATO konvoylarının keçişini əngəlləyərək bir neçə dəfə yolu kəsdikləri məlum olub.  

26 dövlət əmlakı hərraca çıxarıldı

8 Yanvar 2018 13:37

Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək. “Olaylar” komitəyə istinadən xəbər verir ki, hərraca 18-i səhmdar cəmiyyəti, 4-ü qeyri-yaşayış sahəsi və 4-ü kiçik dövlət müəssisəsi olmaqla 26 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib.