Zakir Fərəcov iki məmuru işdən çıxardı
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov vəzifəsindən azad edilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, F.Kərimov işdən öz ərizəsi ilə ayrılıb. İcra başçısı Zakir Fərəcov onun istefa ərizəsini qəbul edərək işdən azad edilməsi barədə qərar verib.
8 Yanvar 2018 13:47 SosialSumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov vəzifəsindən azad edilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, F.Kərimov işdən öz ərizəsi ilə ayrılıb. İcra başçısı Zakir Fərəcov onun istefa ərizəsini qəbul edərək işdən azad edilməsi barədə qərar verib.
Bundan əlavə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev də işdən çıxarılıb. Azvision.az