Gündəm

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

8 Yanvar 2018 13:36

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Qənirə Paşayeva beynəlxalq təşkilatların nümayəndələrini ölkəmizə dəvət edib

8 Yanvar 2018 13:35

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Təşkilaatının prezidenti AMANY ASFOUR, Beynəlxalq Ticarət Təşkilatının rəsmi nümayəndəsi Vanessa Erogbagbo, AŞPA-nın Bərabərlik və Diskriminasiya Əlehinə Komitəsinin sədri Elene Centemeroilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Prezidentin liderlik keyfiyyətləri gənclərə öyrədilir

8 Yanvar 2018 13:34

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqənin qalibi olmuş Cəbrayıl Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin ikinci tədbiri keçirilib.

Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib

8 Yanvar 2018 13:30

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycan Respublikasına akkreditə olunmuş yeni səfirlərinin etimadnamələrinin surətlərini qəbul edib. Bu haqda XİN-dən məlumat verilib.

Depoda yeni yarımstansiya istifadəyə verilib

8 Yanvar 2018 13:26

Metropolitenin lokomotiv parkının, eləcə də əsas istehsalat sahələrinin yerləşdiyi "Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla metropolitenin infrastrukturunun fəaliyyətini təmin edən ən mühüm istehsalat, təmir-bərpa sahəsi olan deponun elektrik təchizatı ən müasir standartlar səviyyəsinə qaldırılıb.

Keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb

8 Yanvar 2018 13:23

Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar” verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb.

İstirahətə getməyinə peşiman oldu-qonşusu evini yardı

8 Yanvar 2018 13:22

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a bildirilib ki, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib.

"Komandirlər bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları

8 Yanvar 2018 13:20

Ballistik raket sınaqları və ABŞ-la yaşanan gərginliklərlə gündəmdən düşməyən Şimali Koreya indi isə ordudakı təcavüz qalmaqalı ilə diqqətləri üzərinə çəkib.

Hərracda tələb təklifi üstələyib

8 Yanvar 2018 13:17

Yanvarın 8-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.“Olaylar” Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 300,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi cüzi üstələyib. Bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada

8 Yanvar 2018 13:15

ABŞ-ın məşhur "USA today" informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd edilib. Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır. "Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir", - deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.

Rusiyanın Donbasdan çıxacağı vaxt AÇIQLANDI

8 Yanvar 2018 13:06

“Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra, Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana bilər”.

Paytaxtda yağış, bölgələrdə qar yağacaq

8 Yanvar 2018 13:03

Sabah, yanvarın 9-da Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Sumqayıtda çörək qadağası? - RƏSMİ AÇIQLAMA

8 Yanvar 2018 13:00

Sumqayıtda fəaliyyət göstərən market sahiblərindən biri mətbuata qəribə açıqlama verib. O bildirib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdəki market sahiblərinə ciddi xəbərdarlıq edilib. Məlumata görə, şəhər İcra Hakimiyyətinə çağrılan sahibkarlarla söhbət edən Sumqayıt İcra Hakimiyyəti başçısının müavini bildirib ki, yanvar ayının 8-dən etibarən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunur. Şəhər marketlərində yalnız Sumqayıt çörək zavodunun məhsulları satıla bilər.

17 nəfər qar uçqunun qurbanı olub

8 Yanvar 2018 12:55

Hindistanın şimalındakı Kupvara-Tandxar yolunda baş verən uçqun nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Məlumata görə, bu barədə Cammu və Kəşmir ştatının polis idarəsindən məlumat verilib.

Kadovar adasında vulkan püskürüb

8 Yanvar 2018 12:52

Papua-Yeni Qvineyanın hakimiyyət orqanları vulkan püskürməsi səbəbindən Kadovar adasının sakinlərini təxliyə ediblər. Eyniadlı vulkanın püskürməsi nəticəsində adada yaşayan 600 nəfər köçürülüb.