Prezidentin liderlik keyfiyyətləri gənclərə öyrədilir

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqənin qalibi olmuş Cəbrayıl Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin ikinci tədbiri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqənin qalibi olmuş Cəbrayıl Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin ikinci tədbiri keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəbrayıl Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi İlham Əliyevin liderlik keyfiyyətlərini gənclərə açılamaqdan ibarətdir. Bundan əlavə o həmçinin qeyd edib ki, İlham Əliyev öz liderlik keyfiyyətləri ilə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində misilsiz xidmətlər göstərib. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Planetar təfəkkürlü lider" adlı layihənin aktual olduğunu qeyd edib. Sonra layihənin eksperti Mirsamir Məmmədov çıxış edib, M. Məmmədov qeyd edib ki, İlham Əliyev öz planetar təfəkkürü ilə xalqı öz ətrafında toplamağı bacarıb. Sonda qeyd olunub ki, təlimdə iştirak edən gənclərə sertifikatlar təqdim ediləcək. Tədbirin sonunda layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31