Depoda yeni yarımstansiya istifadəyə verilib

Metropolitenin lokomotiv parkının, eləcə də əsas istehsalat sahələrinin yerləşdiyi "Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla metropolitenin infrastrukturunun fəaliyyətini təmin edən ən mühüm istehsalat, təmir-bərpa sahəsi olan deponun elektrik təchizatı ən müasir standartlar səviyyəsinə qaldırılıb.

Metropolitenin lokomotiv parkının, eləcə də əsas istehsalat sahələrinin yerləşdiyi "Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bununla metropolitenin infrastrukturunun fəaliyyətini təmin edən ən mühüm istehsalat, təmir-bərpa sahəsi olan deponun elektrik təchizatı ən müasir standartlar səviyyəsinə qaldırılıb.
İstismar müddətini başa vurmuş əvvəlki yarımstansiyada 1000 kVA gücündə üç transformator var idisə, yenisində eyni texniki parametrli, lakin daha müasir 1000 kVA-lıq iki və bir o qədər də 630 kVA-lıq yeni transformator quraşdırılıb. 1000 kVA-lıq transformatorlar güc, 630 kVA-lıq avadanlıqlar isə işıqlandırma şəbəkəsinin tələblərini ödəmək üçün nəzərdə tutulub.

Yeni yarımstansiyada 6 kV-luq komplekt və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğular qoyulub. Paylayıcı qurğuların mühüm üstünlüyü avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Həmçinin bu bölmələrin yerindən çıxarılaraq yenisi ilə əvəzlənməsi də gələcək perspektiv baxımdan əhəmiyyətlidir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31