Hansı hallarda cinayət məsuliyyətindən azad olmaq mümkün olacaq?

Məlum olduğu kimi 01 dekabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş 300-ə yaxın dəyişiklik qüvvəyə mindi və tətbiq edilməyə başladı. Həmin dəyişikliklərə əsasən, 18 əməl dekriminallaşdırıldı, başqa sözlə, cinayətlər sırasından çıxarıldı, 36 cinayət üzrə azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salındı, cəzalar yüngülləşdirildi, nəticədə 22 cinayət ağırlıq dərəcəsinə görə aşağı cinayət kateqoriyasına keçirildi, 158 maddəyə azadlığın məhdudlaşdırılması növündə və digər alternativ cəzalar əlavə edildi. Bu dəyişikliklər, eyni zamanda, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə hallarını genişləndirdi və mövcud olanları sistemləşdirdi.

Mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə yenilik

Məlum olduğu kimi 01 dekabr 2017-ci il tarixdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş 300-ə yaxın dəyişiklik qüvvəyə mindi və tətbiq edilməyə başladı. Həmin dəyişikliklərə əsasən, 18 əməl dekriminallaşdırıldı, başqa sözlə, cinayətlər sırasından çıxarıldı, 36 cinayət üzrə azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salındı, cəzalar yüngülləşdirildi, nəticədə 22 cinayət ağırlıq dərəcəsinə görə aşağı cinayət kateqoriyasına keçirildi, 158 maddəyə azadlığın məhdudlaşdırılması növündə və digər alternativ cəzalar əlavə edildi. Bu dəyişikliklər, eyni zamanda, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə hallarını genişləndirdi və mövcud olanları sistemləşdirdi. Belə ki, Cinayət Məcəlləsinə ayrıca 73-1-ci (Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 73-2-ci (İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) maddələr əlavə edildi. Bu əlavələr həmin sahədə olan cinayətlər üzrə cəza siyasətinə yeni yanaşmanı ortaya qoydu - vurulan ziyan aradan qaldırıldıqda, cinayət məsuliyyəti aradan qalxır. Maraqlıdır, bəs bu hallar hansılardır?

Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə

Vəkil Allahverən Oruclu bildirib ki, yeni əlavə edilmiş 73-1.1-ci maddəyə əsasən, Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin maddələr bunlardır: dələduzluq, mənimsəmə və ya israf etmə, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə və eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə və eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə. Yəni, yuxarıda qeyd edilən əməlləri törədən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən birmənalı olaraq azad edilir. Son dəyişikliklərə əsasən 178.1 (dələduzluq) və 179.1-ci (mənimsəmə) maddələrdə nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, beş yüz manatdan aşağı məbləğdə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə ziyan vurulduğu hallarda ziyan vuran şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Bundan başqa, yuxarıda qeyd edilən maddələrdə "xeyli miqdar" dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. "Xüsusilə külli miqdar" son dəyişiklik nəticəsində təqdim edilmiş yeni anlayışdır. Son dəyişikliklər yuxarıda göstərilən cinayətlərin bəzi ağırlaşdırıcı halları olduqda belə, həmin əməli törətmiş şəxsə cinayət məsuliyyətindən azad olunma imkanını verir. Lakin bu halda yuxarıdakı şərtlərə əlavə olaraq yeni şərt müəyyən edilmişdir - əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmaq üçün vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etməlidir. Belə ki, yeni əlavə edilmiş 73-1.2-ci maddəyə əsasən Cinayət Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda qeyd edilən cinayətlərdən dələduzluq və mənimsəmə cinayətlərini xüsusilə ağırlaşdırıcı hallarla törətmiş şəxs də cinayət məsuliyyətindən azad edilə bilər. Lakin bu halda qanunverici yuxarıdakılardan fərqli olaraq "bilər" ifadəsini işlədir, bununla da azad etməni hakimin (məhkəmənin) mülahizəsindən asılı edir. Eyni zamanda, bu halda əlavə olaraq, cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş edilməsi şərtləndirilir. Bunu yeni əlavə edilmiş 73-1.3-ci maddədən görmək olar. Həmin maddəyə əsasən Cinayət Məcəlləsinin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməl(lər)i törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə

Yeni dəyişikliklərə görə, Cinayət Məcəlləsinin 209.1. (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma), 209.2.2. (bu əməllər külli miqdarda törədildikdə) və 213-cü (vergi ödəməkdən yayınma) maddələrində nəzərdə tutulmuş əməl(lər)i törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda, yeni dəyişikliyə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bir sıra cinayətləri törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə, həmçinin, vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin cinayətlər bunlardır: qanunsuz sahibkarlıq, qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi, yalançı sahibkarlıq, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma, kreditor borclarını ödəməkdən qəsdən yayınma, əmtəə nişanlarından qanunsuz istifadə etmə, bilə-bilə yalan reklam etmə, insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə, qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma, qiymətli kağızlar bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma, təkrar törədildikdə, xüsusilə külli miqdarda törədildikdə, müflisləşmə zamanı qanunsuz hərəkətlər, qəsdən müflisləşmə, saxta müflisləşmə, qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma.Vurulan ziyanın məbləği iyirmi min manatdan az olduqda, əməl cinayət hesab edilməyəcəkdir. Son dəyişiklərə əsasən yuxarıda qeyd olunan maddələrdə "xeyli miqdar" dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, müvafiq maddənin dispozisiyasında xeyli miqdarda ziyan vurma şərtləndirilirsə, əməl nəticəsində vurulan ziyanın məbləği iyirmi min manatdan az olduqda, bu əməl cinayət hesab edilməyəcəkdir. Burada inzibati məsuliyyət yaranacaqdır. Bundan başqa, son dəyişiklərə görə yuxarıda qeyd olunan maddələrdə "külli miqdar" dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Dəyişikliklər hansı qaydada tətbiq ediləcək?

2017-ci il dekabrın 1-dən qüvvəyə minən dəyişiklərə əsasən, cinayət hesab olunmayan əməllərə görə həmin tarixədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. 2017-ci il dekabrın 1-dək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə yeni qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri yeni qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır. Cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31