Gündəm

İslam həmrəylik və birliyə çağırış dinidir

9 Yanvar 2018 17:44

Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.”OLAYLAR”-ın xəbərinə görə, Kürdəmir RİH başçısı Aparatının nümayəndəsi Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi digər İslam ölkələri üçün bir örnəkdir. O vurğulayıb ki, dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasında mövcud olan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə yönəlib. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir.

Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib

9 Yanvar 2018 17:37

Prezident İlham Əliyev F.A.Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni Aparat rəhbəri təyin edildi

9 Yanvar 2018 17:36

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədrinin müvafiq əmri ilə Read Azər oğlu Qasımov İdarənin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Azərbaycan dünya pasport reytinqində mövqeyini yaxşılaşdırıb

9 Yanvar 2018 17:33

"Henley & Partners" şirkəti tərəfindən tərtib edilmiş və viza məhdudiyyətləri indeksinə əsaslanan reytinqə əsasən, Azərbaycan pasportu dünyada "gücünə" görə 72-ci yeri tutur. Azərbaycan "Henley & Partners" şirkətinin ötənilki reytinqi ilə müqayisədə mövqeyini 2 pillə yaxşılaşdırıb (keçən il 74-cü sırada idi).

Bakı Nəqliyyat Agentliyi sürücülərin işə qəbulu üçün müsabiqə elan etdi

9 Yanvar 2018 17:04

Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücüləri üçün işə qəbul üçün müsabiqəsini elan edir. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün ASAN Xidmnətdən məhkumluq haqqında arayış, ümumi tibbi arayış, “D” və’ “DE” kateqoriyalı sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi tələb olunur.

Azad Rəhimovdan yeni təyinat

9 Yanvar 2018 17:02

Gənclər və idman naziri Azad Rəhimovun əmri ilə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə yeni direktor təyin edilib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, bu, 2014-2017-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasında PR meneceri vəzifəsini icra edən, "Gənc Velosipedçilər" İctimai Birliyinin təsisçisi Faiq Qurbanovdur.

İranda gündə 60 min heyvanın baş-ayağı yeyilir

9 Yanvar 2018 17:00

İranda gün ərzində 60 min iribuynuzlu və xırdabuynuzlu heyvanın baş-ayağı (xaş) yeyilir. Məlumata görə, bunu İran Aşpazlar Assosiasiyasının sədri Huseyn Rəvasi deyib. O qeyd edib ki, əgər münasib qiymətlər olarsa, gün ərzində hətta 600 min xaş yeyilə bilər. H.Rəvasi bildirib ki, son aylarda xaşın qiymətində xeyli artım müşahidə edilib: "Əgər yay aylarında bir dəst xaşın qiyməti 55 min tümən (26 AZN) idisə, hazırda qiymət 70 min tüməndir (32 AZN)".

Sabah 10-cu sinif şagirdləri imtahan verəcək

9 Yanvar 2018 16:57

Dövlət İmtahan Mərkəzi sabah Bakı şəhərində ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək. Mərkəzdən  verilən məlumata görə, monitorinq imtahanı 98 məktəbdə təşkil olunacaq. İmtahanda Azərbaycan bölməsi üzrə 5271, rus bölməsi üzrə 771 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.

Baş nazir jurnalistləri ələ saldı: "Suallarıma bu cavab verəcək"

9 Yanvar 2018 16:56

Tailandın baş naziri suallardan yayınmaq üçün kartondan hazırlanmış maketini jurnalistlərə təqdim edib.  Tailandın baş naziri Prayut Çan-oça jurnalistlərin suallarından bezərək maraqlı üsula əl atıb.

Qaynar suda pişikləri "bişirən" qadın cərimələndi

9 Yanvar 2018 16:52

Rusiyanın Vladimir şəhərində mənzillərdən birində mərkəzi istilik sistemi borusunun partlaması nəticəsində onlarla pişik isti suda yanaraq tələf olub. Məlumata görə, ev sahibəsi öz mənzilinə yalnız pişikləri yemləmək üçün baş çəkirmiş. 

Tunisi etiraz dalğası bürüyüb – Minlərlə insan küçələrdə

9 Yanvar 2018 16:49

İrandan sonra Tunisdə də etiraz aksiyaları başlayıb. Ölkənin 10 əyalətində minlərlə insan bahalaşmaya qarşı nümayişlər keçirir. Məlumata görə, aksiyalar zamanı 1 nəfər həyatını itirib. Nümayişçilər avtomobil təkəri yandıraraq əsas prospektləri bağlayıb, hökumət binalarını atəşə tutub. Polis gözyaşardıcı qazdan istifadə edərək etirazçıları dağıtmağa başlayıb. 

İslam dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə daha çox ehtiyac var

9 Yanvar 2018 16:47

“Bu gün İslam dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə daha çox ehtiyac var”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov səsləndiriib.

İƏT Gənclər Strategiyası sənədinin müzakirəsi keçirilib

9 Yanvar 2018 16:46

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Saudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində səfərdədir. “OLAYLAR”-a nazirliyin mətbuat katibliyindən bildirilib ki. səfərin əsas məqsədi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Strategiyası sənədinin müzakirəsinə dair Hökumətlərarası ekspert qrupunun iclasında iştirak etməkdir. 8-9 yanvar tarixlərində keçirilən iclas zamanı nazir müavini strategiyanın əhəmiyyəti, gənclərlə iş sahəsinin prioritetləri və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi haqqında çıxış edib. Eyni zamanda,  "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə Strategiyası" na dair məruzə də İntiqam Babayev tərəfində təqdim edilib.

Özünü qatarın altına atan gəncin videosu yayıldı - VİDEO 

9 Yanvar 2018 16:44

Dünən axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu "Ulduz" stansiyasına daxil olarkən özünü qatarın altına atıb.

Xameneyi: Xalqın dinc etiraz hüququ var

9 Yanvar 2018 16:41

Xalq öz etirazını dinc şəkildə bildirmək hüququna malikdir, lakin bu aksiyaları zorakı fəaliyyətlə səhv salmaq olmaz. Məlumata görə, bunu İranın ali lideri ayətullah Əli Xameneyi deyib.