Gündəm
Kaliforniyada xəbərdarlıq
Kaliforniya ştatının cənubunda şiddətli yağış və daşqın təhlükəsi barədə xəbərdarlıq edilib. Məlumata görə, bununla əlaqədar 21 minə yaxın adam təxliyyə olunub. Sinoptiklər yaxın günlərdə yağacaq yağışın daşqınlara səbəb ola biləcəyini proqnozlaşdırıblar.
Qatar qəzası: 200 nəfər yaralandı
Cənubi Afrikada daha bir qatar qəzaya uğrayıb. Hadisə nəticəsində 200 nəfər yaralanıb. İohannesburq şəhərində baş verən qəzaya səbəb vaqonların relsdən çıxması olub.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycan iqtisadiyyatının inişafının əsasını təşkil edir
Müstəqil Azərbaycanın sürətli inkişafı, onun iqtisadi imkanlarının artması, eləcə də ölkədə işsizlik probleminin həlli və əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər bir bölgəsində uğurla, nəzərdə tutuıan plana uyğun şəkildə icra edilir. İstər iri şəhərlər, istər paytaxtda kifayət qədər uzaq olan bölgələr, istərsə də ucqar dağ rayonlarında proqram çərçivəsində qarşıya qoyulan məqsədlər, hədəflər reallaşdırılır. Respublikanın hər bir bölgəsində olduğu kimi Xaçmaz rayonunda da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əvvəlki proqramlar kimi uğurla icra edilir.
Adolf Herrer: "Alpinistlərin üzərində xüsusi cihazlar olsaydı, onları tapmaq asan olardı"
"Hazırda axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən 3 nəfər alpinist axtarışı ilə bağlı əllərindən gələni edirlər. Lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir".
Qeyri-qanuni işdən azad edilən 12 nəfər əvvəkli iş yerlərinə bərpa edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində 2017-ci ildə işəgötürənlər tərəfindən 103 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
“Aşıq musiqisi axşamları”- yeni layihə
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir. Layihədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqisi səslənəcək. Layihə çərçivəsində keçirilən tədbirlər aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr keçiriləcəkdir.
AzTA sədri: "Türklərin 80 faizi Azərbaycana işə görə gəlir"
Xəbər verdiyimiz kimi, 2017-ci ildə Azərbaycana 301 553 nəfər Türkiyə vətəndaşı səfər edib. Bu rəqəmlər 2016-cı illə müqayisədə azdır. Ümumilikdə isə ötəl il Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.
Ermənipərəst Roys Konqresdən gedir
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, ermənipərəst mövqeyi ilə tanınan konqresmen Ed Roys bu il seçkilərdə namizəd olmayacağını açıqlayıb.
İran, Azərbaycan və Rusiya arasında regional enerji bazarı yaradıla bilər
“İran Azərbaycan və Rusiya ilə birlikdə enerji mübadiləsi üçün regional enerji bazarı yaratmaq niyyətindədir”. Bunu İranın Energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini Əlirza Daimi deyib.
Estoniyada həbsdə olan azərbaycanlı narkobaron azadlığa çıxdı
Estoniyanın İda-Viruma qəza məhkəməsi 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, əvvəllər Tallindəki “Bakı”, “Şeş-beş” və “Kişmiş” restoranlarının sahibi olmuş 38 yaşlı azərbaycanlı Əhliman Zeynalovun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb.
“Azəriqaz” abonentlərin aldadılması ilə bağlı ittihamlara münasibət bildirib
Son günlər sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi abonentlərin SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aldadılması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, bəzi abonentlər “Azəriqaz” əməkdaşlarını sayğacın göstəricilərini düzgün qeyd etməməkdə ittiham edirlər. Onların sözlərinə görə, “Azəriqaz” rəsmiləri ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alıb: “Nəticədə bizə təqdim edilmiş bildirişdə yanvar ayında istehlak olunmuş qazın həcmi dekabr ayında sərfiyyat kimi qeydə alınıb. Bununla da ötən il limiti keçən abonentlər üçün yanvarın ilk günlərində istehlak olunmuş qazın bir kubmetrinin dəyəri 20 qəpikdən hesablanıb”.
Firdovsi Əliyev: "Alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə üzvü olduqları klub məsuliyyət daşıyır"
"İtkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır". Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.
150 minə maşın nömrəsi satılır - Siyahı
Bakıda 150 min manata avtomobil nömrəsi satılır. Alqı-satqı saytlarında olduqca yüksək qiymətə maşın nömrələri təklif edilir. Belə nömrələrin həddən artıq baha olması diqqət çəkir. Satışa çıxarılan 10 DD 888 dövlət qeydiyyat nömrəsi 150.000 manata təklif edilir.
Nazir müavini: "Axtarışlar alpinistlər tapılana kimi davam etdiriləcək"
"Fövqəladə hallar naziriKəmaləddin Heydərovun tapşırığı var. İtkin düşən 3 alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. Bu məsələ konkretdir". Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.
"Real" Ronaldodan bahalı hücumçu alır
“İnter”in hücumçusu Mauro İkardi “Real”a keçmək üzrədir. Bu barədə “Daily Express” nəşri məlıumat yayıb. Məlumata görə, argentinalı forvard artıq Madriddə tibbi müayinədən keçib. Onun Madrid klubuna keçidinin bu həftə elan olunacağı bildirilir. İkardinintransfer dəyəri 110 milyon avro civarında qiymətlənidirilir.














