Gündəm

İran sakinləri təşvişdə - Səmada UNO görünüb?

9 Yanvar 2018 15:31

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Tehran sakinlərinin gecə saatlarında səmada qəribə işıqlar saçan uçan naməlum obyekt (UNO) görmələri ilə bağlı məlumatları şərh edib.

Bolqarıstan prezidenti Azərbaycan dövlət başçısına zəng edib

9 Yanvar 2018 15:29

Bolqarıstan prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşahava xəttinin açılması ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Banklara borcu olan şəxs Rusiyaya qaçmaq istəyərkən sərhəddə tutulub

9 Yanvar 2018 15:26

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ölkədən çıxışına qadağa qoyulmuş şəxsi saxlayıb. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

İki antologiyaya bir baxış

9 Yanvar 2018 15:24

Dünyanın yaşını, tarixini, mədəniyyətini öyrənmək üçün qədimdən bu yana köməyimizə həmin dövrün qələm əhli, elm əhli yetişir – onlar,milyardlarla insanlar arasında ölməzlik qazanmış az sayda sağ qalanlardı.

Bakıda kompüter salonunu talayanlar ələ keçdilər

9 Yanvar 2018 15:21

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə L.Məmmədbəyli küçəsindəki kompyuter salonlarından birindən oğurluq edilməsi barədə müraciət daxil olub. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat qrupu tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib.

Trampdan ABŞ dövlət himninə hörmətsizlik

9 Yanvar 2018 15:13

ABŞ prezidenti Donald Tramp himnin sözlərini unudub. O, amerikan futbolunun final matçından öncə səsləndirilən ABŞ himnini oxuya bilməyib. Himn səsləndirilən zaman “Ağ Ev” lideri yalandan dodaqlarını tərpədib. Həmin anlar kameraların obyektivinə tuş gəlib.

Sərkisyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib

9 Yanvar 2018 15:10

Ermənistan prezidenti Serj Sərkisyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Bunu “Jamanak” qəzeti yazıb. Qəzetin məlumatına görə, S.Sərkisyan yeni il başlayandan ictimaiyyət arasında görünməyib. Onun hazırda “Nairi” Tibbi Mərkəzində müalicə aldığı bildirilib.

Sabiq icra başçısı Habil Vəliyevin məhkəməsində ifadə verib

9 Yanvar 2018 15:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rafiq Rəsulov ifadə verib. Bildirib ki, H. Vəliyev ondan on min dollar pul tələb edib: "Lakin mən buna razı olmadım. Məni hədələyirdi ki, obyektin qanunsuz yerdə yerləşir. Lakin mənim sənədlərim qaydasında idi. Yol qırağında yeməkxana açmışdım. Habil də mənim barəmdə yazmamaq üçün pul tələb etdi. Lakin mən 785 manat pul göndərdim".

Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilir

9 Yanvar 2018 14:56

Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilir.

Aleksis Sançesin yeni klubu bəlli oldu

9 Yanvar 2018 14:53

Mövsümün sonunda "Arsenal"la müqavilə müddəti başa çatacaq Aleksis Sançes "Mançester Siti" ilə razılığa gəlib. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə çilili futbolçunun "şəhərlilər"in heyətində ilinə 13 milyon funt-sterlinq qazanacağı qeyd edilib. Mançester təmsilçisi illik məvacibdən əlavə, Sançesə 30 milyon funt-sterlinq transfer məbləği də ödəyəcək.

Türkiyədə ilin transferi reallaşır

9 Yanvar 2018 14:51

Cenk Tosunu rekord qiymətə "Everton"a satan "Beşiktaş" "Arsenal"ın futbolçunu transfer etmək istəyir. İstanbul klubu Oliver Qiroudla danışıqlara başlayıb. İngiltərə mətbuatının məlumatına görə, son dövrlər "Arsenal"da heyətə düşməkdə çətinlik çəkən fransız forvard "DÇ-2018"ə getmək şansını itirməmək üçün daimi oynaya biləcəyi kluba getmək istəyir. Bu səbəbdən də "Beşiktaş"ın təklifinə müsbət yanaşır. Artıq klub prezidenti Fikret Orman onunla görüşərək təklifini irəli sürüb.

Unikal kadrlar: balina alimi xilas etdi - VİDEO

9 Yanvar 2018 14:49

Bu nəhəng balıqların şəfqətli, ağıllı olduqları bəllidir. Lakin onun davranışı məni heyrətləndirdi. Tanınmış amerikalı bioloq, 63 yaşlı Nan Huzerin dediyinə görə, nəhəng donqar balina onu ac köpəkbalığının hücumundan qoruyub, həyatını xilas edib.

Ərəb oteldə üç fahişənin əhatəsində öldü

9 Yanvar 2018 14:45

Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.“Olaylar” xəbər verir ki, insident Zərdabi küçəsində yerləşən “Oriva” hotelinin 311 nömrəli otağında baş verib.

Azərbaycanlı aşıq ağır şəkildə xəstəxanaya yerləşdirildi, komadadır 

9 Yanvar 2018 14:42

Məlumata görə, aşıq Azər Vüqar Mahmudoğlu ürək tutması nəticəsində ağır şəkildə xəstəxanaya yerləşdirilib. Aşıqın səhhəti ağırdır, o, hazırda komadadır. Həkimlər onu əməliyyat etmək üçün komadan ayılmasını gözləyirlər.

İntihar etdiyi deyilən şair sağdır? - Dənizdən çıxan meyit onun deyil

9 Yanvar 2018 14:40

Dənizdən çıxarılan meyit intihar etdiyi deyilən Məlik Cahangirovun deyil.  Bu barədə açıqlamasında Məlikin bibisi oğlu Xəyal Kərimov deyib. Onun sözlərinə görə, axtarışlar hələ də davam edir: "Dünən gecədən axtarırlar. Məlikin ailə üzvləri, qohumları da buradadırlar. Hələ də ümidimiz var ki, intihar etməyib, sağdır, özünü dənizə atsa da, başqa yerdən sağ-salamat çıxıb, harasa gedib. Gözləyirik".