Bolqarıstan prezidenti Azərbaycan dövlət başçısına zəng edib

Bolqarıstan prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşahava xəttinin açılması ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən prezidentİlham Əliyev, öz növbəsində, Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı yeni açılmış Bakı-Sofiya havaxəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Bolqarıstan Prezidenti "Cənub Qaz Dəhlizi" layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq. Söhbət zamanı prezident Rumen Radev Azərbaycan dövlət başçısını Bolqarıstana rəsmi səfərə dəvət edib. Prezident İlham Əliyev dəvəti qəbul edib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31