Gündəm
"Ana, müəllimimlə belə öpüşürük" - Qızın sözləri müəllimin əxlaqsızlığını üzə çıxartdı
Qızının "Ana, müəllimimlə belə öpüşürük" sözlərini araşdıran ana onun müəlliminin əxlaqsızlığını aşkar edib. Türkiyədə fiziki qüsurlu şagirdlərinə qarşı seksual xarakterli hərəkətlər edən müəllim Yalçın K. 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakıdakı avtobusda daha bir biabırçılıq VİDEO
Xəbər verdiyimiz kimi, ötən həftə Zığ şossesində ağır yol qəzası baş verib. Belə ki, hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. Nəticədə, 12 nəfər xəsarət alıb.
Yol polisindən sürücülərə xəbərdarlıq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.“Olaylar” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır. V.Əsədov bildirib ki, ümumiyyətlə bütün avtomobillər qış rejiminə hazır olmalıdır: “Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər”.
Etiraz aksiyası zamanı saxlanılanların sayı məlum oldu
İranda etiraz aksiyası zamanı saxlanılanların sayı açıqlanıb. Olaylar.az bildirir ki, ölkədə on gündən çox davam edən aksiyada 3 min 700 nəfər saxlanılıb. Xəbəri Amerikan xəbər agentliyi Tehran Millət vəkili Mahmud Sadiqiyə istinadən yayıb.
Saxta sənədlə Londona uçmaq istəyən İran vətəndaşları saxlanıb
Saxta sənədlə Bakıdan Londona uçmaq istəyən iranlı ana və qızı aeroportda tutulub. Dövlət Sərhəd Xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroporunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıblar.
“Məclislərdə deyirlər ki, atan çox arvadlı olub” - Aytac Vidadiqızından üsyan - VİDEO
Əhməd mənimlə oxuyur. Evdədir hal-hazırda. Vüqar da bizim böyük qardaşımızdır. Demək olar ki, anam saxlayıb. Əhməd də ki, doğma qardaşımdır. Bu sözləri Aytac Vidadiqızı ARB TV-nin "Sayqa ilə Bu axşam" proqramında ailəsindən danışarkən bildirib. Həmçinin qeyd edib ki, atası haqqında deyilən sözlərdən artıq yorulub.
Ər-Riyad Suriya müxalifətinə təzyiqi dayandırır - KİV
Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr dekabrda Suriya müxalifətinə Bəşər Əsəd rejimi ilə qarşıdurma yerinə, daha çox yanvarda keçiriləcək Soçi danışıqlarına diqqət yönəltməyi məsləhət görüb.
Yeni ilin ilk hərracı keçirildi- 21 dövlət əmlakı özəlləşdirildi
Yanvarın 9-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son 31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib.
Nazirlik qartalın müalicəsini diqqətdə saxladı
Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanov tərəfindən ona məxsus otlaq sahəsində yaralı halda tapılan qartal Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.
Döyüş gələn ay başlayır - Ermənistanı gözləyən TƏHLÜKƏ
Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır. Fevral ayında Ermənistan parlament idarəetmə sisteminə keçəcək. Bundan sonra prezident institutu formal xarakter daşıyacaq.
İçki hər yanvarda 18 min insanın həyatına soy qoyur - ŞOK STATİSTİKA
Rusiyada yanvar ayında başqa aylarla müqayisədə, əsasən Yeni illə bağlı keçirilən içki məclislərinə görə 18 min daha çox rusiyalı ölür. Bu haqda alkoqollu ölüm faizi problemləri və alkoqol siyasəti sahəsində aparıcı Rusiya eksperti Aleksandr Nemtsovun tədqiqatında deyilir.
Qənirə Paşayeva Mavritaniyanın prezidenti ilə görüşüb
Millət vəkili Qənirə Paşayeva Mavritaniyanın prezidenti xanım Ameenah Gurib və İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşündə Qarabağ həqiqətləri haqqında danışıb.
Keçən il “Azəriqaz” İB “ASAN” xidmət vasitəsi ilə 262 666 istehlakçıya xidmət edib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək verilir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub.
Tramp psixiatr qəbuluna getməyəcək
ABŞ prezidenti Donald Tramp hər il edilən tibbi müayinə zamanı psixiatr qəbuluna getməyəcək. Bu haqda Ağ Evin mətbuat katibi məlumat verib. Bildirilir ki, jurnalistlərin “prezidentin bu ilki tibbi müayinəsinə psixiatr qəbulu daxil edilibmi?” sualını mətbuat katibi “yox” deyərək cavablayıb.














