Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək verilir
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub.
9 Yanvar 2018 13:52 SosialAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "İdeyadan biznesə" gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub. "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin rəhbəri Həsənağa Hüseynovdur. Layihə çərçivəsində Bakı şəhərində üç peşəkar biznes təlimçi və gənc sahibkar - Orxan Şahbaz, Elvin Dadaşsoy və Kənan Hüseynli tərəfindən tələbə - gənclərə ideyanı biznesə çevirməyin yolları haqqında təlimlər keçirilib. Təlimlər biznesə başlamaq üçün zəruri olan 3 əsas istiqaməti əhatə edib: Təlimlərdə çıxış edən layihə rəhbəri Həsənağa Hüseynov Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin əsas məqsədinin gənclərin biznes ideyalarını reallaşdırmaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə dəstək olmaqla onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi olduğunu qeyd edib və iştirakçılara təlimlərin önəmi haqqında məlumat verib. 110 nəfər tələbə-gənc təlimlərdə iştirak üçün seçilib. Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün faydalı olacağına ümid etdiyini vurğulayıb.
Hər bir təlimin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb və layihənin faydalılığını daha da artırmaq məqsədi ilə layihə rəhbərinin təşəbbüsü ilə bütün təlim iştirakçılarının və eyni zamanda layihəyə maraq göstərib müraciət edən ancaq seçilməyən 300-dən çox gəncin də elektron poçtuna təlimlərin təqdimat materialları və bizneslə bağlı elektron kitablar göndərilib. Sonda bütün təlim iştirakçılarına sertifikatlar təqdim olunub.