Gündəm

Kosmonavtın boyu kosmosda 9 sm uzanıb

9 Yanvar 2018 13:46

Yaponiyalı kosmonavt Norişige Kanai Beynəlxalq Kosmik Stansiyada keçirdiyi üç həftə ərzində 9 sm uzandığını bildirib. Bu haqda kosmonavt öz şəxsi “Twitter” hesabında məlumat verib: “Fiziki parametrlərin ölçülməsi ilə bağlı tibbi müayinədən keçdim və məlum oldu ki, mənim boyum anidən 9 sm artıb”. 

Ərdoğan: "Çatlasalar da, partlasalar da, biz bu yolda qətiyyətlə gedəcəyik"

9 Yanvar 2018 13:44

“Türkiyədə hərbi çevriliş cəhdini həyata keçirə bilməyənlər indi fərqli yollar axtarırlar. İndi ABŞ-dakı məhkəmə prosesi Türkiyəni guya iqtisadi baxımdan, FETÖ terror təşkilatı, Mərkəzi Kəşfiyyat İdarəsi və digərləri ilə sıxışdırmaq cəhdidir və 15 iyulun davamıdır. Bu da baş tutmayacaq”. 

Fransada ermənipərəst deputat cəzalandırıldı

9 Yanvar 2018 13:41

Fransa Milli Assambleyasının deputatı, “erməni soyqırımı”nın inkar edilməsinin cinayət hesab olunması ilə bağlı qanun layihəsinin müəllifi Valeri Buaye parlamentdəki köməkçisini səbəbsiz işdən qovduğuna və ona qarşı mənəvi zorakılıq göstərdiyinə görə Eks-an-Provans şəhərinin apellyasiya məhkəməsi tərəfindən cəzalandırılıb.

Türkiyədə həbsdə olan 18 general azadlığa buraxıldı

9 Yanvar 2018 13:39

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdində iştirakda ittiham olunaraq həbs edilən 18 general azadlığa buraxılıb. Türkiyə mətbuatı yazır ki, FETÖ-nün dövlət çevrilişi planı həyata keçəcəyi təqdirdə həmin generallar ölkəni idarə edəcək heyətə daxil olacaqlarımış.

Nazarbayevin xalqa nəsə vacib sözü var

9 Yanvar 2018 13:37

Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 9-da xalqa televiziyayla müraciət edəcək. Sözçüsü Aidos Ukibay yerli mediaya deyib ki, Nazarbaev-in xalqa “vacib bəyanat” verəcək.

Fikir və söz azadlığından sui-istifadə edib şər-böhtan atanlar

9 Yanvar 2018 13:33

AntiAzərbaycan şəbəkə yenə də öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı çirkin kampaniyasını davam etdirir. Bir qayda olaraq seçki ilində hərəkətə keçən bu qüvvələr ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən həmin proses ərəfəsində Azərbaycanı gözdən salmağa, siyasi imicinə zərbə vurmağa çalışırlar.

Dələduzluqla mülki öhdəlik arasında fərq nədən ibarətdir?

9 Yanvar 2018 13:32

Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.

Ermənilərin yeni Cavaxetiya planları

9 Yanvar 2018 13:29

Zaman-zaman Gürcüstanla Azərbaycan arasında ziddiyyətlər yaratmağa, iki qonşu, dost ölkənin inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmağa çalışan Ermənistan dövləti və erməni lobbisi növbəti təxribatçı planlarına əl atıb. Söhbət Ermənistanın nəqliyyat bılokadasından çıxmağa hesablanmış və işğalçı ölkədən gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiya Federasiyasına, eləcə də əks istiqamətdə daşınmasından gedir.

Evlərimizi nə ilə isidək ki, yanğından və xəstəlikdən uzaq olaq?

9 Yanvar 2018 13:25

Hazırda mövsümlə əlaqədar olaraq istehlak bazarında alıcılara geniş çeşiddə müxtəlif elektrik qızdırıcıları təklif olunur. Lakin bir çox hallarda bu malların keyfiyyəti və təhlükəsizliyi mövcud standartların tələblərinə cavab vermir. Bu isə istehlakçıların aldadılmasına, hüquqlarının pozulmasına və onların ciddi təhlükə ilə üzləşməsinə səbəb olur. Bütün bunlara baxmayaraq havalar soyuyan kimi evimizi müxtəlif qızdırıcılarla və ya qaz sobaları ilə isitməyə çalışırıq.

İran aksiyalarına xarici təsirlər

9 Yanvar 2018 13:22

Ötən həftənin ən yadda qalan hadisəsi cənub qonşumuz olan İran İslam Respublikasında baş verən iğtişaşlar, etiraz aksiyası oldu. Qısa müddət ərzində bütün ölkəni bürüyən bu etiraz aksiyaları mövcud İran hakimiyyətini ciddi narahat etmədi desək yanılmış olarıq. Aksiyaçıların bir neçə iri şəhərlərdə polis və asayiş keşikçilərinə dirəniş göstərməsi, hətta onları geri çəkilməyə vadar etməsi o anda daha çox bir ehtimalı ortaya gətirdi. İranda baş verən etiraz aksiyaların arxasında xarici dairələr dayanıb. Xarici dairələr dedikdə isə cənub qonşumuzda ilk növbədə ağıla gələn təbii ki, Birləşmiş Ştatlar oldu. Və elə bir neçə İran rəsmisi də ölkədə baş verən iğtişaşlarda Birləşmiş Ştatları günahlandırdı. İddia edildi ki, Amerika bu yolla İranda hakimiyyəti dəyişməyə çalışır. Ancaq aksiyaların tədricən azalan xətt üzrə getməsi ortaya maraqlı detalları çıxardı və məlum oldu ki, cənub qonşumuzda aksiyaların təşkilində sabiq İran prezidenti Mahmud Əhmədinejad da aktiv olub. Hətta sabiq prezident bir müddət hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı da.

Şəhriyar Del Garaninin yalanı rəsmən ifşa olundu: “Əsassız və uydurmadır”

9 Yanvar 2018 13:19

Xəbər verdiyimiz kimi, yazıçı Şəhriyar Del Garani “Favorit” marketdə satıcı ilə onun arasında mübahisə olduğunu bildirib. Bu üzdən satıcını filial müdirinə şikayət etdiyini və işdən çıxartdırdığını qeyd edib. Yazıçı bildirib ki, mübahisəyə səbəb satıcıdan Rusiya istehsalı kolbasa istəməsi, market işçisinin isə bunun qarşılığında ona “halal” məhsul təklif etməsi olub.

İranda baş verən son hadisələrdə Amerika izi?

9 Yanvar 2018 13:16

İranda baş verən etiraz aksiyalarının inqlaba keçməsinin qarşısı alındı. İranda hökumətə dəstək üçün keçirilmiş izdihamlı nümayişlərin ardınca İnqilab Keşikçiləri Qvardiyasının rəhbəri “azğın qüvvələr” üzərində “tam qələbə” elan edib. General Məhəməd Cəfəri deyib ki, bu qüvvələr İranda anarxiya, asayişi pozmaq və düşmənçilik toxumu” səpmək istəyiblər. O, hökuməti dəstəkləyən nümayişləri “İran xalqının qanunpozanlara qarşı inqilabi kükrəyişinə” bənzədib.

Ərdoğan Gülü AKP-də birliyi pozmaqda ittiham edib

9 Yanvar 2018 13:14

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, AKP-nin qurucularından olan Abdulla Gülü hədəf alıb.  Bu gün AKP-nin parlament qrupunun toplantısında çıxış edən R. T. Ərdoğan deyib ki, ökədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda  buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər.

ABŞ kosmosdakı məxfi peykini itirdi

9 Yanvar 2018 13:12

ABŞ-ın kosmosa göndərdiyi məxfi peyklərdən biri ilə əlaqə kəsilib. ABŞ-ın nəhəng kosmik şirkətləri tərəfindən orbitə buraxılan məxfi “Zuma” peykinin sonuncu kordinasiyaları haqqında məlumat yoxdur. Hazırda peyklə əlaqə tamamilə kəsilib.

ABŞ hərbi gəmisi UKRAYNADA

9 Yanvar 2018 13:09

Ötən gün ABŞ Hərbi Dəniz Donanmasına məxsus USS Carney Esminets gəmi Ukraynanın Odessa limanına yan alıb. Hərbi gəminin Odessa limanında yanvar ayının 11 – nə  qədər qalacağı gözlənilir. ABŞ 6- cı Donanmasının bəyanatına əsasən, gəmi dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, NATO - nun regionda üzvü olan ölkələrlə və əməkdaşlıq etdiyi dövlətlərlə əlaqələrin kordinasiyası məqsədi ilə gəlib.