Fikir və söz azadlığından sui-istifadə edib şər-böhtan atanlar
AntiAzərbaycan şəbəkə yenə də öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı çirkin kampaniyasını davam etdirir. Bir qayda olaraq seçki ilində hərəkətə keçən bu qüvvələr ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən həmin proses ərəfəsində Azərbaycanı gözdən salmağa, siyasi imicinə zərbə vurmağa çalışırlar.
9 Yanvar 2018 13:33 SiyasətAntiAzərbaycan şəbəkə yenə də öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı çirkin kampaniyasını davam etdirir. Bir qayda olaraq seçki ilində hərəkətə keçən bu qüvvələr ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən həmin proses ərəfəsində Azərbaycanı gözdən salmağa, siyasi imicinə zərbə vurmağa çalışırlar. Artıq bir xeyli müddətdir onu müşahidə edirik ki, Azərbaycana qarşı geniş miqyasda informasiya savaşı aparılır. Özü də həm daxildə, həm də xaricdə. Prezident seçkiləri yaxınlaşdıqca isə bu informasiya savaşına daha çox antiAzərbaycan qüvvələr cəlb olunur və onların malik olduğu istənilən imkandan maksimum dərəcədə yararlanmağa çalışılır. Kimisə Azərbaycana qarşı oynanılan oyuna maliyyə dəstəyi verir, kimisi ölkədəki siyasi sabitliyi pozmağa çalışaraq insanları xaos, anarxiyaya səsləyir, kimisi isə informasiya resurslarından istifadə edərək ölkəmiz barədə beynəlxalq aləmdə, dünya miqyasında mənfi rəy formalaşdırmağa çalışır. Əgər əvvəllər Azərbaycana qarşı kampaniya, onu nüfuzdan salma, imicinə xələl gətirmə kimi cəhdlər sosial şəbəkələr vasitəsilə həyata keçirilirdisə, hazırda taktika bir qədər dəyişib və sosial şəbəkələri indi daha çox müstəqil adı altında yaradılan xəbər portalları tutub. Düzdür, Azərbaycan əleyhinə kampaniyanin sosial şəbəkələr vasitəsilə həyata keçirilməsi də davam edir. Ancaq hazırda antiAzərbaycan şəbəkə fəaliyyətini daha çox media üzərindən davam etdirməyə üstünlük verir ki, bunun da səbəbi sosial şəbəkələrdə ölkəmiz əleyhinə yer alan fikir və mülahizələrin dərhal əks arqumentlər, real faktlarla təkzib edilməsi, onun yalan, uydurma olduğunun öz təsdiqini tapmasıdır. Konkret olaraq sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə yönəldilən kampaniya uğursuz olduğundan onu ayrı-ayrı xəbər portalları təsis etmək və oradan ölkə əleyhinə fəaliyyət göstərmək kimi layihələr əvəzləyib. Özü də bu kimi fəaliyyətlərə həm daxildə, həm də Avropada rast gəlmək mümkündür. "Azərbaycanın Səsi"ndən başlayıb "Turan", "Meydan TV", Kanal 13 və s. bu kimi "informasiya mənbələri" sırasına son vaxtlar yeniləri də əlavə edilib. Elə "Yeni fikir" İnformasiya Portalını (yenifikir.de) da bu qəbildən hesab etmək olar. Sözügedən informasiya portalının fəaliyyəti, orada dərc edilən materiallar, yazılar və məqalələrdə yer alan qərəzli, şər-böhtan dolu fikirlər belə bir qənaət formalaşdırır.
"Yeni Fikir"in fəaliyyətinin qərəz, şər-böhtan üzərində qurulduğu bu "müstəqil" informasiya portalının rəhbərliyindən tutmuş sıravi əməkdaşına qədər hər birinin qələmə aldığı cızma-qarada özünü açıq şəkildə büruzə verir. Eyni zamanda onların səsləndirdiyi fikirlər, mülahizələrlə ortada olan fəaliyyətləri, həmçinin mövcud reallıq da bir-birini təkzib edir. Məsələn sözügedən portalın baş redaktoru Elnarə Tofiqqızı rəhbəri olduğu portalın fəaliyyətini məhz söz və mətbuat azadlığının boğulduğunu iddia etdiyi ölkədə, Azərbaycanda sürdürür. Göründüyü kimi, xanım baş redaktor yalan danışmaq, şər-böhtan yazmaqla bərabər, həm də öz-özünü təkzib edir. Haqlı olaraq belə bir sual ortaya çıxır ki, əgər Azərbaycanda doğurdan da sən dediyin kimi söz və məlumat azadlığı boğulursa, o halda rəhbərlik etdiyin informasiya portalında öz müstəqil fikirlərinin necə ofdə edirsən? Sənin yanaşmana əsaslansaq, elə ilk qələmə aldığın yazıdan sonra sən ya Qobustanda, ya da Kürdəxanıda olmalı idin. Əgər bu baş verməyib və hələ də media təmsilçisi olaraq fəaliyyətini davam etdirirsənsə, deməli xalqa yalan danışır, cəmiyyəti öz yalanlarınıza, şər kampaniyanıza inandırmğa çalışırsınız. Və iddia etdiklərinizlə mövcud reallıq arasında olan fərq onu deməyə əsas verir ki, ölkədə söz və məlumat azadlığı heç də boğulmur, əksinə gün-gündən daha da inkişaf edir.
Göründüyü kimi bu kimi ünsürlər üçün Azərbaycana zərbə vurmaq, onun nüfuzuna xələl gətirmək hər şeydən öncə gəlir. Bu istəklərinə nail olmaq üçünsə hər bir vasitə və üsula əl atır, bundan qətiyyən çəkinmirlər. Yetər ki, antiAzərbaycan şəbəkənin bir parçası olaraq ölkəmiz əleyhinə yürüdülən fəaliyyətlərə öz "töhfələrini" versinlər.
Yaxud "hüquq müdafiəçisi" olan baş redaktor bir başqa fikirləri ilə Roma papasından daha çox katolik olma prinsipinə əsaslanaraq Azərbaycana, dövlətçiliyə, milli maraqlara ermənilər qədər amansız mövqe nümayişı etdirir. "Bu gün Azərbaycan hakimiyyəti represiyalarına, qəddarlığına, amansızlığına görə dünyanın lider ölkəsidir" deyə sərsəmləyən baş yazarın irəli sürdüyü iddianı əsaslandırması da kifayət qədər xətalı və absurddur. Belə ki, o, bunu ölkədə 150-dən artıq siyasi məhbusun olması ilə əlaqələndirir. Ancaq, adını "hüquq müdafiəçisi" qoyan bu xanım da yaxşı bilir ki, addımbaşı örnək götürdüyü Avropada belə siyasi məhbus anlayışının nə demək olduğu belə tam mənasıyla açıqlanmayıb. Hətta, siyasi məhbus anlayışı bəlli olsa belə, Azərbaycanda siyasi baxışlarına görə həbsə atılan heç kim yoxdur. Ancaq dövləti cinayət törətməyə çalışanlar, ölkədə xaos, anarxiya yaratmaq istəyən, müxtəlif cinayətlər törədərək həbs edilən şəxslər var ki, onların da siyasi baxışlarına görə həbs edildiyini iddia etmək özünü hüquq müdafiəçisi kimi qələmə verən, eyni zamanda tərəfsiz və müstəqil fəaliyyət göstərməli olan media təmsilçisinə yaraşan mövqe deyil. Daha də qiq desək həmin şəxsləri siyasi məhbus kimi qələmə vermək siyasi riyakarlıq və Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq cəhdindən başqa bir şey deyil. Elə bu günlərdə ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə günahlandırılaraq müvəqqəti olaraq təcridxanaya salınmış sabiq müdafiə naziri Rəhim Qazıyevin timsalında az qala xalq qəhrəmanı obarıznın yaradılması da məhz qeyd etdiyimiz siyasi riyakarlığın bariz nümunəsi idi. Nədən ki, dünənə qədər Rəhim Qazıyev Vətən xaini, AXC-Müsavat hakimiyyətinin yıxılmasının bir nömrəli günahkarı hesab edilirdi. Bu gün isə sabiq müdafiə naziri radikal düşərgənin, eləcə də bu düşərgənin Elnarə Tofiqqızı kimi "hüquq müdafiəçiləri"nin sanki qəhrəmanına çevrilib.
Elnarə Tofiqqızının özünü media təmsilçisi kimi qələmə verərək şər-böhtan səsləndirməsi, həm də juralistlərin peşə etikasını, etik davranış qaydalarını pozması deməkdir. Onu da qeyd edək ki, adını çəkdiyimiz şəxs eyni zamandaInsan Hüquqlari və Sosial Bərabərlik İnstitutunin sədridir və fəaliyyətində insan hüquq və azadlıqlarının qorunmasına da ciddi diqqət ayırdığını qeyd edir. Amma baş redaktorun özünün jurnalistlərin etik davranış qaydalarını pozduğunu nəzərə alsaq, onun insan hüquqlarını necə qoruduğuna dair də təsəvvürlərə malik ola bilərik.
Göründüyü kimi radikal düşərgə, eləcə də onlara xidmət edən ayrı-ayrı şəxslər üçün heç bir dəyər, prinsip yoxdur. Dünən düşmən dedikləri birisinə bu gün şəxsi maraqları naminə dost deyə müraciət edə bilərlər. Yaxud dünənə qədər müttəfiq olduqları dostlarından xaricdən verilən 4-5 dollar qarşılığında dərhal imtina edə bilərlər. Ona görə də bu kimi şəxslər, ünsürlərin üzə çıxarılması, onların əsl simalarının xalq göstərilməsi olduqca zəruridir. Əks halda belə antimmilli ünsürlər getdikcə dövlət və dövlətçilik daha təhlükəli olurlar. Nə qədər gec deyil, bu təhlükələrin qarşısı alınmalıdır.
Füzuli