Gündəm

Marşurut avtobusu piyadanı vurub öldürdü

9 Yanvar 2018 13:07

Bakıda marşrut avtobusu yolu keçən piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 8-də saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub.

Vətəndaşlardan xeyli sayda silah-sursat götürülüb

9 Yanvar 2018 13:05

Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan xeyli sayda silah-sursat toplanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Güloğlular kəndi ərazisində rayon sakini Taleh Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança və 3 ədəd patron götürülüb. Bundan başqa Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Şilyan kənd sakini Sadəddin Qasımov saxlanılıb. Baxış zamanı onun üzərindən 120 qram marixuana aşkarlanıb.

Arda Turanla bağlı SON İKİ GÜN

9 Yanvar 2018 13:04

“Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ Arda Turanla görüşüb. Prezident ulduz futbolçuya “biz sənin üçün hər cür fədakarlıq etməyə hazırıq, bəs sən tarix yazmağa varsanmı” sualını verib. Arda isə cavabında “mən bu mübarizədə fərd kimi iştirak edəcəyəm və güvəninizi boşa çıxarmayacağam” deyib. 

Rəmişdən Rəhmana ağır cavab: “Otur yerində, elə eləmə ki…” - QALMAQAL

9 Yanvar 2018 13:02

Tanınmış gitara ifaçısı Rəhman Məmmədlinin həmkarı, xalq artisti Rəmişlə bağlı açıqlaması qarşı tərəfi özündən çıxardıb.

Sumqayıtda narkotik alverçiləri tutuldu

9 Yanvar 2018 12:59

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Ağaverdi Qarayev olduğu məlum olub.Baxış zamanı onun üzərindən 20,134 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 180,025 qram heroin aşkar edilərək götürülüb.

“Milli Ön” aparatından oğurluq edən şəxs saxlanılıb

9 Yanvar 2018 12:57

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Səhiyyə Nazirliyi Lənkəranda əkizlərin ölümü ilə bağlı araşdırma aparacaq

9 Yanvar 2018 12:55

Səhiyyə Nazirliyi Lənkəran rayon doğum şöbəsində iki əkiz uşağın doğuş zamanı ölməsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb.

Neymar: "Koutinyo səhv edib"

9 Yanvar 2018 12:52

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar fikirləşir ki, yaxın dostu Filippe Koutinyo "Liverpul"u "Barselona"ya dəyişməklə səhv edib. Bu iddia ilə İspaniyanın "Don Balon" saytı çıxış edib. Bu saytda gedən xəbərə görə, Neymar bildirib ki, Lionel Messi "Barselona"da Koutinyonun karyerasına mane olacaq və həmyerlisi argentinalının kölgəsində qalacaq.

Sarkisyan xəstəxanalıq oldu

9 Yanvar 2018 12:48

Ermənistan prezidenti Serj Sarkisyan xəstəxanaya düşüb. Bu barədə “Jamanak” qəzeti yazıb. Qəzetin məlumatına görə, Sarkisyan xəstəxanaya yerləşdirildiyi üçün Milad bayramı münasibətilə kilsədə keçirilən tədbirə qatıla bilməyib. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan da Sarkisyanın xəstələndiyini təsdiqləyib. Lakin o, prezidentin xəstəxanaya aparıldığını təkzib edib.

Ermənistanın xarici borcu kəskin artıb

9 Yanvar 2018 12:46

Ötən ilin noyabr ayında Ermənistanın borcu 62 milyon dollar artıb.  Ermənistan Milli Statistika komitəsinin yaydığı məlumata görə, 2017-ci ilin 1 dekabr tarixində Ermənistanın xarici borcu 5.1 milyard dollar təşkil edib.

Qar yağacaq

9 Yanvar 2018 12:43

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Kamçatka təhlükədə - Güclü siklon yaxınlaşır

9 Yanvar 2018 12:41

Rusiyanın Kamçatka bölgəsinə Sakit okeandan güclü siklon yaxınlaşır. Məlumata görə, sinoptiklər gün ərzində Kamçatkada küləyin sürətinin saniyədə 30 metrədək çatacağını proqnozlaşdırır.

Azərbaycan üçün YENİ REKORD

9 Yanvar 2018 12:39

Azərbaycan vətəndaşları vizasız rejimdə 63 ölkəyə səfər edə bilər. Bu barədə "Henley & Partners" şirkətinin hazırladığı "Pasportlar indeksi - 2018" reytinqində qeyd olunub. Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb. Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir. Son beş il ərzində reytinqdə birinci yeri Almaniya özündə saxlayır.

Ağdaşda 27 yaşlı qızdan biznesmen kişiyə qarşı ŞOK HƏRƏKƏT: özü ilə əlaqə qurdu, qızını...

9 Yanvar 2018 12:36

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Günel Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Günel Mustafayeva 2017-ci ilin fevral ayının əvvəllərindən başlamaqla müxtəlif vaxtlarda Nizami Quliyevin və onun qızı haqqında rüsvayedici məlumatlar yayma, ailəsini dağıtmaqla və s. yollarla hədə-qorxu gələrək, külli miqdarda əmlakını əldə etmək məqsədilə ondan 15.000 manat məbləğində pul tələb edib.

Əmək Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib

9 Yanvar 2018 12:33

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.