Gündəm

İncəsənət vasitəsilə ünsiyyət. “Bakcell Stars” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradır

9 Yanvar 2018 12:31

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətinin prioritet istiqamətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların yaradılması, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir.

Keçən il Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261816 müraciət daxil olub

9 Yanvar 2018 12:30

2017-ci il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261816 müraciət daxil olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, onlardan 221038 müraciət Vətəndaşlarla iş bölməsi, 14094 müraciət (elektron poçt), 26684 müraciət (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub.

Məktəblilər arasında turnir keçirilib 

9 Yanvar 2018 12:27

Paytaxt məktəblilərindən ibarət komandalar arasında badminton idman növü üzrə turnir keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 276 nömrəli məktəb-liseyin idman zalında təşkil olunub. Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək, badminton idman növünə marağını artırmaq və onlar arasında fiziki aktivlik səviyyəsini yüksəltməkdən ibarətdir.

Həyata keçirilən iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir

9 Yanvar 2018 12:26

“Azərbaycanda yeni mərhələdə həyata keçirilən  iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib.

Avtobus sürücülərinin 70-80 faizi qeyri-peşəkardır

9 Yanvar 2018 12:27

Bakı şəhərində mövcud marşrut xətləri üzrə istifadə edilən avtobusların ən azı 50%-i dəyişdirilməlidir. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev çıxış edib.

Rusiyalı tarixçi erməni terrorizmini ifşa edəcək

9 Yanvar 2018 12:24

Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var. Bu faktlarla sənədli film çəkmək olar. Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yekunlaşdıra biləcəyəm.

XIX – XX əsrin əvvəllərinə aid olan zərgərlik məmulatları Tarixi Muzeyinə təhvil verildi

9 Yanvar 2018 12:24

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyətə malik yeni materiallar daxil olub. Bu, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağıdır. Olaylar.az bildirir ki, “Quran qabı” Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qr.-dır. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qr.-dır. Qızıl əşyalar muzeyin Xüsusi Fonduna təhvil verilib.

Məşhur müğənni məhkəmə qərarı ilə yaşadığı mənzildən çıxarıldı - FOTO

9 Yanvar 2018 12:23

Məşhur türkiyəli müğənni Davut Güloğlu kirayə yaşadığı mənzildən məhkəmə qərarı ilə çıxarılıb. Olaylar.az bildirir ki, müğənni 7 aydır ki, oğlu Cengizhan Güloğlu və sevgilisi ilə birgə yaşadığı evin aylıq ödənişini etmirmiş. 66 min TL borcu olan 46 yaşındakı müğənnidən məhkəməyə şikayət edən ev sahibinin istəyi üzərinə evə daxil olan 7 icra məmuru mənzildən bir neçə əşya götürüblər.

Parlamentdə BİABIRÇILIQ: deputatların porno videolara baxması aləmi BİR-BİRİNƏ QATDI

9 Yanvar 2018 12:21

Seksual zorakılıq qalmaqallarından yaxa qurtara bilməyən Böyük Britaniya parlamenti ilə bağlı növbəti şok iddia səsləndirilib. "South Wales Guardian” nəşrinin yazdığına görə, 2017-ci il iyun-oktyabr aylarında Britaniya parlamentinin əməkdaşları 24 mindən çox porno saytlara girməyə cəhd ediblər.

“Bakının beynəlxalq sülh platformalarından biri olması asanlıqla həzm edilməyəcək”

9 Yanvar 2018 12:19

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə bu ay Bakıda görüş keçirəcək. Bu uzun müddətdən sonra ilk dəfə NATO BSQ rəhbərinin rusiyalı həmkarı ilə keçirəcəyi görüş kimi qiymətləndirilir.

Şairin özünü öldürməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI - ŞOK TƏFƏRRÜAT 

9 Yanvar 2018 12:14

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli universitetin tələbəsi olmuş M.Cahangirovun intiharı ilə bağlı açıqlama verib. 

Vergilər Nazirliyində rəhbər şəxslər də daxil olmaqla 64 vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilib

9 Yanvar 2018 12:13

“Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır”. Vergilər Nazirliyindən verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.

Təhsil Nazirliyində YENİ TƏYİNAT

9 Yanvar 2018 12:09

Təhsil Nazirliyinin (TN) Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədova həvalə olunub. Yeni təyinata qədər Aparat rəhbəri vəzifəsini M.Məmmədov icra edəcək.

Ölən məhkum morqda dirildi - 3 həkim öldüyünü demişdi

9 Yanvar 2018 12:07

İspaniyada bir məhkum üç fərqli həkimin "öldü" diaqnozundan sonra aparıldığı xəstəxananın morqunda oyanıb. Qonzalo Montoya Ximenez adlı məhkumun cəsədinin yarılmasından saatlar öncə şüuru özünə qayıdıb. Ailəsinin dediyinə görə, Ximenezin bədəni oyanmadan öncə yarılmaq üçün hazır vəziyyətə gətirilibmiş. Məhkumun Oviedo şəhərindəki bir xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi deyilir.

BQXK əməkdaşları Azərbaycanda saxlanılan erməni diversantlara baş çəkdi

9 Yanvar 2018 12:04

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə ötən ay baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın".