Şairin özünü öldürməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI - ŞOK TƏFƏRRÜAT
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli universitetin tələbəsi olmuş M.Cahangirovun intiharı ilə bağlı açıqlama verib.
9 Yanvar 2018 12:14 SosialAzərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli universitetin tələbəsi olmuş M.Cahangirovun intiharı ilə bağlı açıqlama verib. M.İbrahimli bildirib ki, M.Cahangirovun ötən ilin sentyabr ayından bu vaxta qədər universitetlə əlaqəsi olmayıb: "Dünən müxtəlif internet media resurslarında özünü dənizə ataraq intihar etmiş 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirovla bağlı məlumat yayılıb. Həmin məlumatda Məlik Cahangirovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi olduğu qeyd edilir. Bununla əlaqədar olaraq bildiririk ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin "Coğrafiya müəllimliyi" ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fənnən akademik borcu olduğuna görə 22 dekabr 2017-ci il tarixli 2/223 saylı əmrlə ADPU-dan xaric edilib. Qeyd etməyi məqsədəuyğun sayırıq ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik! Allah rəhmət etsin!" . Publika.az