XIX – XX əsrin əvvəllərinə aid olan zərgərlik məmulatları Tarixi Muzeyinə təhvil verildi
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyətə malik yeni materiallar daxil olub. Bu, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağıdır. Olaylar.az bildirir ki, “Quran qabı” Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qr.-dır. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qr.-dır. Qızıl əşyalar muzeyin Xüsusi Fonduna təhvil verilib.
9 Yanvar 2018 12:24 MədəniyyətAMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyətə malik yeni materiallar daxil olub. Bu, XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma "Quran qabı" və qızıl zəncir boyunbağıdır.
Olaylar.az bildirir ki, "Quran qabı" Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qr.-dır. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qr.-dır. Qızıl əşyalar muzeyin Xüsusi Fonduna təhvil verilib.
Bu qiymətli metallar ölkəmizdə XIX-XX əsrin əvvəllərində zərgərliyin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir. Həmçinin Azərbaycanın o dövr etnoqrafiyasının tədqiqi sahəsində mühüm əhəmiyyətə malikdir.