Gündəm

"Düşünürəm ki, uşaqlarımı öldürürəm" - 16 qaşıq şəkər tozu və 2 stəkan qəhvə... -

9 Yanvar 2018 12:01

Övladınıza 16 çay qaşığı şəkər tozu ilə qarışdırılmış 2 stəkan kofe içirərsiniz? Yəqin ki, yox... Amma uşaqlarınıza enerji içkiləri alaraq bunu onlara edirsiniz. Hətta bu içkiləri yaşı 5-dən az olan övladlarına da içirənlər var.

Leyla Şıxlinskayaya cinayət işi açıldı - Şok səbəb

9 Yanvar 2018 11:59

Azərbaycanda məşhur klinikanın rəhbərinə cinayət işi açılıb. Məlumata görə, "Leyla Şıxlinskaya" klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.

Türkiyə buna görə yenidən Avropa ilə yaxınlaşır - Politoloq

9 Yanvar 2018 11:57

Türkiyə Avropaya, Avropa da Türkiyəyə lazımdır. Təbii ki, bu gedişlərlə Türkiyə AB-yə üzv olmayacaq. Amma Avropa Türkiyə kimi güclü bir dövlətin daim onların yanında olmasının tərəfdarıdır.

Rusiyada dörd nəfər yanğında öldü

9 Yanvar 2018 11:53

Moskvaətrafı Sergiev Posad şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Ətraf mühitin çirklənməsindən zərərçəkənlərə kompensasiya veriləcək

9 Yanvar 2018 11:50

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitlərindən çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiya veriləcək.

"Biz qohum çıxacağıq. Atanın adı nədir?" - Zaurdan QALMAQALLI SÖZLƏR 

9 Yanvar 2018 11:48

Ötən gün "5/5"də Zaur yenə özünəməxsus ifadələri ilə ekran önündə əyləşən tamaşaçıları təəccübləndirib. Verilişin qonaqları sırasında xalq artisti Mənsum İbrahimov və onun özbəkistanlı tələbəsi Yıldız Turdıyeva olub.

Ölümcül təhlükə Rusiya sərhədlərində - Putin hücum ƏMRİ VERƏCƏKMİ?

9 Yanvar 2018 11:45

Donbasda Ukrayna hərbiçilərinin sərəncamında artıq ABŞ-dan çatdırılan letal (ölümcül) silahlar var. “BellingCat” layihəsinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə aparıcı tədqiqatçısı Arik Toler bildirib. Onun sözlərinə görə, Ukraynaya ölümcül silahların çatdırılması ətrafında yaranan səs-küy təəccüblü görünür.

Rəfiqəsi ilə əlbir olub sevgilisinin başına OYUN AÇDI - Bakıda ŞOK OLAY

9 Yanvar 2018 11:43

Bakıda dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov vəsatət qaldırıb. O, hər iki qadının günahsız olduğunu və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır

9 Yanvar 2018 11:38

“İnsanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir”.

“Deyir, 1 dəqiqəlik dayanmışdım, araşdıranda məlum olur ki..."

9 Yanvar 2018 11:37

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma, durma və parklanma ilə bağlı avtomobil sürücülərinə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, dayanma, durma və parklanma prioritret məsələlərdəndir: “Sürücülərin əksəriyyəti avtomobillərin parklanması ilə bağlı tərtib edilmiş protokollarla razılaşmır, şikayət edir.

Qadınlara qarşı daha bir qadağa aradan qalxdı

9 Yanvar 2018 11:36

Səudiyyə Ərəbistanında qadınlara qarşı olan daha bir qadağa aradan qalxdı. Olaylar.az bildirir ki, artıq qadınlar stadionda futbol oyunlarını izləyə biləcək. Bu haqda xəbəri ölkənin İnformasiya nazirliyi yayıb. Xəbərdə qeyd edilir ki, qadınlar cümə günü Riyad şəhərində Əl –Əhli və Əl – Batih komandalarının oyunlarını izləyə biləcəklər. Bundan əlavə, qadınlar Ciddə və Demmam şəhərlərində də oynanılacaq oyunları izləmə imkanlarına malikdirlər.

Gerasimovun mühüm Bakı səfəri: Müharibə ehtimalı...

9 Yanvar 2018 11:35

NATO və Rusiyanın yüksək rütbəli şəxslərinin görüş yeri olaraq növbəti dəfə Bakını seçməsi çox əlamətdar bir hadisədir. Bu o deməkdir ki, Bakı hər iki tərəf üçün məqbul şəhərdir.

Acundan Yıldıza JEST

9 Yanvar 2018 11:34

“O səs Türkiyə”də münsif olan Yıldız Tilbə yaxın gunlərdə verilişi ilə yenidən TV –də görünəcək. Olaylar.az bildrir ki, bir müddət əvvəl Star TV, TRT Musiqi, Flaş TV-lərdə  verilişi yayımalan müğənni artıq TV8 də efirə çıxacaq.

Tramp yenidən namizəd olacaq

9 Yanvar 2018 11:33

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib. “Sözsüz ki, Tramp növbəti seçkilərdə yenidən prezidentlik üçün mübarizə aparacaq”. 

Məşhur iş adamı barəsində cinayət işi açıldı

9 Yanvar 2018 11:30

Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir. Məlumata görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.