Gündəm

Bakı Beynəlxalq Dəniz Ticarət Limani kompleksində RO-RO terminalının açılışı olub

9 Yanvar 2018 11:28

Prezident İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limani kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

AŞ PA-nın qış sessiyasının vaxtı bəlli oldu

9 Yanvar 2018 11:25

Avropa Şurası Parlament Asammbleyasının (AŞPA) qış sessiyası yanvarın 22-26 tarixdə keçiriləcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Asammbleyasında nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun bildirdiyinə görə, qış sessiyasında qurumun yeni Prezidenti, Avropanın insan hüquqları üzrə yeni müvəkkili və Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyadan olan hakimi seçiləcək. Deputat bildirib ki, sessiya ərzində Danimarka Şahzadəsinin, baş nazirinin və Ermənistan prezidentinin çıxışları nəzərdə tutulur. Sessiyada Vüsal Hüseynovla deputat Sevinc Fətəliyevanın da hazırladığı məruzə hesabatı təqdim ediləcək.

BƏƏ-dən Qəbələyə birbaşa uçuşlar həyata keçiriləcək

9 Yanvar 2018 11:24

2018-ci ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında daha bir marşrut üzrə birbaşa uçuşlar həyata keçiriləcək. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov verib.

Naxçıvan - Məşhəd-Naxçıvan sürət qatarının hərəkəti bərpa olunur

9 Yanvar 2018 11:24

Yanvar ayının 11-dən etibarən 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat   7-00-da yola düşəcək. Məşhəd stansiyasına 12.01.2018-ci il  tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə  saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il  tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq.

Bakı metrosunda özünü qatarın altına atan gəncdən HƏYAT DOLU FOTOLAR

9 Yanvar 2018 11:22

Xəbər verdiyimiz kimi, bu gün Ulduz metrosunda intihar hadisəsi yaşanıb. İntihar edən şəxsin kimliyi məlum olub. Bu 22 yaşlı Mustafazadә Rәşad Elixan oğludur. O, 1995-ci işdә Gәncәdә anadan olub.

İntihar edən şairin dəhşətli statusları... - 1 saat əvvəl dənizdən şəkil paylaşdı

9 Yanvar 2018 11:19

Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla bağlı bəzi detallar məlum olub.  Lerik rayon sakini olan gənc uzun müddətdir “Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist paylaşımlar edib və yaxın dostlarına özünü öldürəcəyini deyib. 

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçiriləcək

9 Yanvar 2018 11:17

Azərbaycanın məşhur şahmatçısı və üçqat Azərbaycan çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçiriləcək.

Binəqədidə daha bir küçə əsaslı şəkildə təmir edilir 

9 Yanvar 2018 11:15

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda daha bir küçənin əsaslı şəkildə təmiri işlərinə start verilib. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, söhbət 930 metr uzunluğunda olan Məsud Davudoğlu küçəsindən gedir. Küçənin eni isə 7-8 metr arası dəyişir.

Olimpiya stadionu qarşısında nəqliyyatın sıxlığı yaranıb

9 Yanvar 2018 11:13

Böyükşor şossesi, Olimpiya stadionunun qarşısındakı yolun 3 zolağının bağlanması səbəbindən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. “OLAYLAR” xəbər verir ki, məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb yolun şəhər istiqamətində gedən hisssində təmir-tikinti işlərinin aparılmasıdır.

Cəbhədən son xəbər

9 Yanvar 2018 11:12

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.

ABŞ Asiyada zəifləyir, Çin isə... - Rusiya

9 Yanvar 2018 11:10

ABŞ-ın Asiyada təsiri azalır. Bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov paylaşıb.

Aİ-nin nümayəndəsi müşavirə keçirəcək

9 Yanvar 2018 10:56

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini yanvarın 11-də Brüsseldə Almaniya, Böyük Britaniya, Fransa və İranın XİN başçıları ilə müşavirə keçirəcək.

Cənubi və Şimali Koreya arasında danışıqlar başladı

9 Yanvar 2018 10:52

Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb. Bu barədə Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb.

Şərqin yeni ordusu quruldu

9 Yanvar 2018 10:50

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman yeni ordu qurub.  “Əl Səif əl Əcrab” adlı xüsusi təyinatlı ordunun 5000 nəfərdən ibarət olduğu bildirilib. “Sabq” və “Əl-Marsad” nəşrlərinin verdiyi xəbərə görə, noyabr ayında kral ailəsinin şahzadələrin, nazirlərin və digər dövlət əhəmiyyətli şəxslərin həbsi məhz bu ordunun vasitəsilə həyata keçirilib.

“Qalatasaray”ın kapitanı “Samsunq”u məhkəməyə verdi, 110 min təzminat istədi

9 Yanvar 2018 10:49

“Qalatasaray”ın kapitanı Səlçuk İnan mərkəzi Cənubi Koreyada yerləşən “Samsunq” şirkətini məhkəməyə verib. Futbolçu K.Ronaldonun “CR7” ləqəbi ilə tanındığı kimi, onun da “S8” markası ilə tanındığını iddia edib və şirkətin “S8” ifadəsindən istifadə etməsinə görə onu məhkəməyə şikayət edib.