Binəqədidə daha bir küçə əsaslı şəkildə təmir edilir
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda daha bir küçənin əsaslı şəkildə təmiri işlərinə start verilib. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, söhbət 930 metr uzunluğunda olan Məsud Davudoğlu küçəsindən gedir. Küçənin eni isə 7-8 metr arası dəyişir.
9 Yanvar 2018 11:15 Sosial"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda daha bir küçənin əsaslı şəkildə təmiri işlərinə start verilib. Agentliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, söhbət 930 metr uzunluğunda olan Məsud Davudoğlu küçəsindən gedir. Küçənin eni isə 7-8 metr arası dəyişir. Əsaslı təmir çərçivəsində küçənin eni 11-12 metrə qədər genişləndirilir. Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun 8 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 36 ədəd yeni baxış qapaqları qoyulacaq. İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.