Naxçıvan - Məşhəd-Naxçıvan sürət qatarının hərəkəti bərpa olunur
Yanvar ayının 11-dən etibarən 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək. Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq.
9 Yanvar 2018 11:24 SosialYanvar ayının 11-dən etibarən 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək. Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq.
Qeyd edək ki, Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlamışdır. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdı.Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.