AŞ PA-nın qış sessiyasının vaxtı bəlli oldu
Avropa Şurası Parlament Asammbleyasının (AŞPA) qış sessiyası yanvarın 22-26 tarixdə keçiriləcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Asammbleyasında nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun bildirdiyinə görə, qış sessiyasında qurumun yeni Prezidenti, Avropanın insan hüquqları üzrə yeni müvəkkili və Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyadan olan hakimi seçiləcək. Deputat bildirib ki, sessiya ərzində Danimarka Şahzadəsinin, baş nazirinin və Ermənistan prezidentinin çıxışları nəzərdə tutulur. Sessiyada Vüsal Hüseynovla deputat Sevinc Fətəliyevanın da hazırladığı məruzə hesabatı təqdim ediləcək.
9 Yanvar 2018 11:25 SiyasətAvropa Şurası Parlament Asammbleyasının (AŞPA) qış sessiyası yanvarın 22-26 tarixdə keçiriləcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Asammbleyasında nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun bildirdiyinə görə, qış sessiyasında qurumun yeni Prezidenti, Avropanın insan hüquqları üzrə yeni müvəkkili və Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyadan olan hakimi seçiləcək. Deputat bildirib ki, sessiya ərzində Danimarka Şahzadəsinin, baş nazirinin və Ermənistan prezidentinin çıxışları nəzərdə tutulur. Sessiyada Vüsal Hüseynovla deputat Sevinc Fətəliyevanın da hazırladığı məruzə hesabatı təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasına yeni tərkibdə yollanır. Nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Asim Mollazadə, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva , Elşad Həsənov, Vüsal Hüseynov daxildir.