BƏƏ-dən Qəbələyə birbaşa uçuşlar həyata keçiriləcək
2018-ci ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında daha bir marşrut üzrə birbaşa uçuşlar həyata keçiriləcək. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov verib.
9 Yanvar 2018 11:24 Sosial2018-ci ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında daha bir marşrut üzrə birbaşa uçuşlar həyata keçiriləcək. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov verib. Bildirib ki, cari ilin 27 iyun tarixindən "Air Arabia" şirkəti Şarja-Qəbələ xətti üzrə uçuşlara başlayacaq: "Qeyd etmək lazımdır ki, iki ölkə arasında Dubay-Bakı xətti üzrə Azərbaycan Hava Yolları və Fly Dubai şirkətləri, Dubay-Qəbələ xətti üzrə isə Fly Dubai şirkəti birbaşa uçuşlar həyata keçirir. Bu ilin 2 mart tarixindən isə dünyanın ən yaxşı hava yolları şirkətləri beşliyinə daxil olan Etihad Airways Abu Dabi-Bakı xətti üzrə uçuşlara başlayacaq".