Nazirlik qartalın müalicəsini diqqətdə saxladı
Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanov tərəfindən ona məxsus otlaq sahəsində yaralı halda tapılan qartal Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.
9 Yanvar 2018 14:07 SosialMasallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanov tərəfindən ona məxsus otlaq sahəsində yaralı halda tapılan qartal Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.
Bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib. Reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.