“Aşıq musiqisi axşamları”- yeni layihə

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir. Layihədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqisi səslənəcək. Layihə çərçivəsində keçirilən tədbirlər aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr keçiriləcəkdir.

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Aşıq musiqisi axşamları" adlı yeni möhtəşəm layihəyə start verilir. Layihədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqisi səslənəcək. Layihə çərçivəsində keçirilən tədbirlər aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr keçiriləcəkdir.

"Aşıq musiqisi axşamları" layihəsi 2018-ci ilin yanvar ayından may ayına qədər davam edəcək. 

Qeyd edək ki, layihənin informasiya dəstəyini Azərtac, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı, Azərbaycan Radiosu və "Baku" jurnalı həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31