Gündəm
Formula 1 Azərbaycanda 10 il keçiriləcək? - Açıqlama
Bu il ölkəmizdə keçirilən Formula 1 yarışlarının könüllüləri yarışın 10 il keçirilməsinin planlaşdırıldığını söyləyirlər. Könüllülər bu barədə onlar üçün keçirilən təlimlərdə deyildiyini bildiriblər.
Gözlərimizi kompüter şüasından necə qoruyaq?
Hər gün bir neçə saat kompüter qarşısında keçirirsinizmi? İş gününün axırına və bəzən hətta ortasına yaxın aşağıdakı əlamətlər sizə tanışdırmı:
İrandan sonra bu müsəlman ölkəsi də qarışdı - Etiraz
Tunisdə Tebourba əyalətində yaşayış xərclərinin bahalığı və vergi artmalarına etiraz edən nümayişçilərlə təhlükəsizlik orqanları arasında yaranan qarşıdurma zamanı bir nəfər ölüb.
Pentaqon rəhbəri Yaponiyadan üzr istədi
Pentaqonun rəhbəri Ceyms Mettis Yaponiya müdafiə naziri İçunori Onoderoyla telefon danışığı zamanı üzr istəyib. Buna səbəb Amerika helikopterlərinin Yaponiya adalarında təcili eniş etmələri olub. Yaponiya müdafiə naziri isə öz növbəsində Mettisi gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
HƏMAS liderinə sui-qəsd: başından vuruldu
Qəzzada HƏMAS liderlərindən olan 62 yaşlı İmada əl Alamiyə (Əbu Xammama) sui-qəsd təşkil olunub. Sui-qəsd nəticəsində o başından güllə yarası alıb.
Gecikən müavinətlər ödənildi - Nazirlik
Gecikdirilmiş əmək haqları və sosial xarakterli digər ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, nazirlik yanında 2017-ci ildə işəgötürənlər tərəfindən 103 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Yol polisindən 150 minlik nömrələrlə bağlı - Açıqlama
Bəzi alqı-satqı saytlarında avtomobilin dövlət nömrə nişanının fantastik qiymətə satışa qoyulması barədə elanların heç bir əsası yoxdur. Çünki nömrələr ancaq Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsi və şöbələrində satıla bilər.
Zorlamada və qətldə ittiham olunan idmançı məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasını zorlamaqda və boğaraq öldürməkdə ittiham olunan 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclasları qapalı keçiriləcək.
ABŞ İrandan sonra Azərbaycanda müharibə başladacaq və... - Farslar AÇIQLADI
İranda aksiyalar dayansa da, baş verənlərin hədəfləri haqda müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Ən maraqlı proqnozlardan biri isə iranlı politoloq Kayhan Barzaqerin fikirləridir.
İranın ali dini lideri iğtişaşlardan danışdı, Amerikanı hədələdi – sensasion ittihamlar
İranın ali dini lideri Ayətullah Əli Xameneyi son hadisələrlə bağlı çıxış edib. Yanvarın 9-da ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada din xadimləri və xalq kütlələri qarşısında son olaylar haqqında geniş çıxış edib. İran dini lideri baş verənləri xarici təxribat adlandırıb. O deyib ki, İranın düşmənləri inqilabdan sonra əksinqilab fəaliyyətlərini davam etdirir.
İtkin düşən alpinistin 2011-ci ildə gördüyü yuxu
Xəbər verildiyi kimi, ötən il dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.
Bir ailənin 5 üzvünü öldürənlər məlum oldu
Türkiyənin Kastamonu rayonundakı dəhşətli qətlin üstü açılıb. Yoxa çıxan 5 nəfərlik ailənin heyvan oğruları tərəfindən öldürülərək evlərində yandırıldığı ortaya çıxıb.
Həcc ziyarətinə təkrar getmək qadağan edilib
Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib. Bu barədə ölkənin Nazirlər Kabinetinin qərarının mətnində bildirilir.
Vergilər nazirinin işdən azad etdiyi şəxslərin adları məlum olub - SİYAHI
Yeni vergilər naziri Mikayıl Cabbarov 64 nəfəri tutduqları vəzifədən azad edib.
Azərbaycan OPEC-i dekabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırıb
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini 2017-ci ilin dekabr ayında da yerinə yetirib.














