Gündəm

İnsanın immun sisteminin “xəritə”si yaradılacaq

9 Yanvar 2018 19:50

“Microsoft” korporasiyası “Adaptive Diotechnologies” startapını satın alaraq onunla birgə insanın immun sisteminin geniş “xəritə”sinin tərtibini planlaşdırır. Onun vasitəsilə orqanizmdə bütün dəyişiklikləri oxumaq və qeydə almaq mümkün olacaq. Bu, həkimlərə diaqnozları maksimum dəqiqliklə qoymağa imkan verəcək.

2017-ci ildə istifadəçilər mobil proqramlara təxminən 60 milyard dollar xərcləyiblər

9 Yanvar 2018 19:44

“Sensor Tower” şirkətinin məlumatına görə 2017-ci ildə pullu mobil proqramlar, abunə və daxili ödənişlərdən əldə edilən gəlirlər 35% artıb. “App Store” və “Google Play” istifadəçiləri ötən il təxminən 60 milyard dollar xərcləyiblər.

Miqren ağrılarına birdəfəlik son qoyan ÇARƏ TAPILDI - MÜKƏMMƏL ÜSUL

9 Yanvar 2018 19:39

Daha çox qadınlarda rast gəlinən miqren ağrılarına birdəfəlik son qoymağın çarəsi tapılıb. Professor Ərtoğrul Uzar şiddətli baş ağrılarını qusma, işıqdan, səsdən və qoxudan narahatlıq hissi müşayiət edə bildiyini deyib: “Epizodik miqren hücumları ayda bir iki dəfə olan baş ağrısıdır. Xroniki miqren isə tez-tez baş verən, insanın sosial və iş həyatına mənfi təsir edən şiddətli ağrılardır. Əgər baş ağrısı 3 aydan artıq və hər ay 15 gün baş verirsə, bu, artıq xroniki baş ağrılarına daxil edilir.

Gecə yata bilmirsiniz?- Bu xəbəri mütləq oxuyun!

9 Yanvar 2018 19:33

Təqribən hər üç nəfərdən biri yata bilməməkdən şikayətlənir. Pensilvaniya və Siçuan Universitetinin alimləri ilk baxışdan zərərsiz kimi görünən bu vəziyyətlə bağlı orta yaşlı 315 insan üzərində tədqiqatlar aparıblar.

Yağları əritmək üçün qarın hərəkətləri

9 Yanvar 2018 19:27

İncə və formada olmaq üçün bədənimizdəki yağ miqdarının nə qədər əhəmiyyətli olduğunu və bu yağların əsasən qarın nahiyəsində toplandığını hamımız bilirik. Qarın nahiyəsindəki yağları əritməyin və onlardan azad olmağın tək yolu idman etməkdir. Bu bölgənin yağlanması nə qədər asandırsa, bu yağları əritmək də bir o qədər çətindir. Bunun üçün hər gün müntəzəm olaraq qarın hərəkətləri etmək lazımdır.

Qışda kökəlməmək üçün bu tövsiyyələrə əməl edin...

9 Yanvar 2018 19:21

Yaz və yay aylarında incə geyimlərlə artıq çəkilərimizi gizlədə bilmədiyimizə görə yeməmək üçün özümüzü saxlaya bilirik. Ancaq qışda havaların soyuması ilə qalın geyimlərə keçirik və artıq çəkilərimizi bu qalın geyimlərin altında gizlədə bilirik. Bu cəhətdən rahat olduğumuz üçün də qidalanmamıza fikir vermirik və kökəlməyə başlayırıq. Biz sizə düzgün qidalanma ilə bu qış aylarını kökəlmədən keçirməyin yollarını təqdim edirik:

Bu il “Apple” şirkətinin kapitallaşması 1 trilyon dollara çatacaq

9 Yanvar 2018 19:15

Qərb analitikləri 2018-ci ildə ABŞ-ın “Apple” şirkətinin kapitallaşma dəyərinin 1 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırırlar. Bununla ABŞ istehsalçısı bu göstəriciyə nail olan dünyanın ilk kütləvi şirkəti ola bilər. Mütəxəssis və analitiklər tərəfindən vurğulanır ki, hazırda bir ədəd “Apple” səhminin qiyməti 175 dollar təşkil edir.

“AMD” qrafikalı ilk “Core” prosessorları nümayiş olunub

9 Yanvar 2018 19:09

“Intel” şirkəti yanvarın 9-12-də Las-Veqasda keçiriləcək “CES 2018” sərgisi ərəfəsində “AMD RX Vega M” qrafikalı səkkizinci nəsil “Core” prosessorlarını təqdim edib.

Dünyada ilk modulyar televizor təqdim edilib

9 Yanvar 2018 19:04

"Samsung" şirkəti tərəfindən ABŞ-ın Las-Veqas şəhərində start götürmüş "CES 2018" sərgisində təqdim edilmiş 146 düymlük "The Wall" televizorunun ölçüsünü istəyə uyğun dəyişmək olar. Məsələn, istifadəçi, sadəcə, modullar əlavə etmək və ya onları çıxartmaqla panelin ölçüsünü və təsvir ölçüsünü artıra, yaxud azalda və ya onu lazımi formaya sala bilər.

Qışda ala biləcəyimiz günəş şüası...

9 Yanvar 2018 19:00

Orqanizmi lazımi səviyyədə D vitamini ilə təmin etmək üçün insana hansı miqdarda günəş şüası lazımdır? London Kral Kollecindən təcrübəli dermatoloq bildirib ki, bu rəqəm, çoxlarının düşündüyündən xeyli böyükdür.

ŞOK İDDİA: Makyaj sonsuzluq yaradır?

9 Yanvar 2018 18:55

Xanımların hər gün istifadə etdikləri makyajla bağlı maraqlı və həm də qorxulu bir iddia ortaya atılıb. Belə ki, kosmetik məhsullar istifadə edən bir qadının bədəni, hər gün ən az 500 kimyəvi maddənin təsirinə məruz qalır. Həkimlər isə bu kimyavi maddələrin sonradan hormonal pozğunluq yaratdığını və sonsuzluğa səbəb olduğunu bildirir.

50 yaşında peşman olmamaq üçün 30 yaşında bunları edin...

9 Yanvar 2018 18:50

“Quora” saytınının 50 yaşlı insanlar arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, bu yaşda çatanda təəssüflənməmək üçün 30 yaş aralığında insanlar aşağıdakılara diqqət etməlidirlər:

Balın soyuducuda saxlanılması onun keyfiyyətini itirir

9 Yanvar 2018 18:45

İllərdən bəri balın insan sağlamlığı üçün çox xeyirli bir qida olduğu haqda danışılır. Faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal enerji və şəfa mənbəyi kimi qəbul edilir.

Xırdalanda ərdən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL

9 Yanvar 2018 18:40

Xırdalan şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırdı

9 Yanvar 2018 18:40

Azercell Telekom-un 2017-ci il üçün elan etdiyi Tələbə Təqaüdü proqramının qalibləri artıq bəlli olub.  Şirkətdən  verilən məlumata görə, 1200-dən çox tələbənin müraciət etdiyi proqramda 25 nəfər Azercell Təqaüdçüsü fəxri adını qazanıb.