Gündəm

DİQQƏT: Bakıda təcrübəsi olmayan həkimlər öd əməliyyatı edir

10 Yanvar 2018 09:06

“Çox təəssüflər olsun ki, bizə son zamanlar öd yollarının yaralanması şikayəti ilə çox xəstələr müraciət etməyə başlayıb. Bu, Bakıda təcrübəsiz həkimlərin nəyinsə xatirinə öd kisəsi əməliyyatlarının etməsinin nəticəsidir”. Bunu  Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Çeçenistanda partlayış - Xəsarət alanlar var

10 Yanvar 2018 09:04

Çeçenistanın Şalin rayonunda istilikxanada partlayış baş verib. Bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata əsasən, insident Geremençuk yaşayış məntəqəsində qeydə alınıb. Nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar xəsatəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

“Ümid 2018” incəsənət müsabiqəsi keçiriləcək

10 Yanvar 2018 09:01

Yanvarın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının (AGİ) təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçiriləcək. Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri tapmaq və onları üzə çıxartmaqdır. Müsabiqədə Gürcüstandan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları dinləniləcək.

Ermənipərəst komitə sədri Konqresi tərk edir

10 Yanvar 2018 07:01

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri, ermənipərəst mövqeyi ilə seçilən konqresmen Ed Roys seçkilərdə iştirak etməyəcəyini bəyan edib. İlk dəfə 1992-ci ildə Konqresə seçilmiş Ed Roys çoxsaylı erməni icmasının yaşadığı Oranc dairəsini təmsil edib.

Nazirlər işdən çıxarıldı

10 Yanvar 2018 06:59

Polşa Nazirlər Kabinetində 9 nazirin vəzifəsinə son qoyulub. Dekabrın ortasında baş nazir olan Mateus Moravieçki qısa zamanda radikal addım atıb. Onun bu addımı Avropa İttifaqı ilə münasibətləri yenidən düzəltmək üçün atdığı bildirilir.

Mingəçevirdə MÜƏMMALI ÖLÜM - 26 yaşlı gənc...

10 Yanvar 2018 06:55

Qobustan sakini Mingəçevirdə kirayədə qaldığı mənzildə ölü vəziyyətdə aşkar edilib. Hadisə gecə saatlarında, şəhərin Şah İsmayıl Xətai küçəsi 15 ünvanında qeydə alınıb.

Dünyanın ən varlı insanı

10 Yanvar 2018 05:59

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir.

Səfirlər XİN-ə çağırıldı

10 Yanvar 2018 05:57

Türkiyə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini XİN-ə çağırıb.  Ankara diplomatlardan Suriya hökumətini təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edəcək.

Xəzərdə zəlzələ

10 Yanvar 2018 05:54

Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Vaxtanq Kikabidze Qəbələdə solo konsert verdi

10 Yanvar 2018 05:52

Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı davam edir. Artıq 5 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada MDB ölkələrindən olan tanınmış mügənnilərin, yumor aktyorlarının iştirakı ilə keçirilən rəngarəng konsertlər insanları öz sehrinə qərq edib. Bu festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərir.

Müsəlman ölkəsində ŞOK OLAY – Homoseksuallar özlərinə toy etdi

10 Yanvar 2018 05:51

Səudiyyə Ərəbistanında həyata keçən homoseksualların toy görüntüləri yayımlanıb. Videoda milli geyimdə iki nəfərin qonaqların arasından keçərək ətrafa şirniyyat səpələdiyi görünür. Görüntülərin kimə aid olduğunu araşdıran polis bir neçə nəfəri həbs edib.

“Apple” şirkəti yeni valideyn nəzarəti sistemini təqdim edəcək

9 Yanvar 2018 20:06

Şirkət valideyn nəzarəti funksiyasının təkmilləşdirilməsi barədə investorların müraciətinə cavab verib. “Apple” şirkəti “iOS” əməliyyat sistemində valideyn nəzarəti funksiyasının yenilənməsi üzərində işləyir. Bu haqda şirkətin nümayəndəsi məlumat verib. Yenilənmiş proqram təminatı valideynlərə uşaqlarını smartfon asılılığından xilas etməkdə yardım edəcək. Şirkətin nümayəndəsinin sözlərinə görə, “Apple” şirkəti etalon valideyn nəzarəti sistemini təqdim etməklə bu sahədə də yenilikçi olmağa ümid edir. Şirkət problemin həllinin vacibliyini anlayır və valideynlərin işini asanlaşdırmağı planlaşdırır.

“iOS 11.2.2” versiyası təqdim olunub

9 Yanvar 2018 19:55

"Apple" şirkəti "iPhone", "iPod Touch" və "iPad" qurğuları üçün "iOS 11.2.2" versiyasını çıxarıb. İstənilən şəxs əməliyyat sisteminin yeni versiyasını yükləyə bilər. Bunun üçün qurğuda sazlamalar bölməsinə daxil olmaq, "Əsas" adlı altmenyuya keçmək və "Proqram təminatının yeniləməsi"ni seçmək lazımdır.