Balın soyuducuda saxlanılması onun keyfiyyətini itirir
İllərdən bəri balın insan sağlamlığı üçün çox xeyirli bir qida olduğu haqda danışılır. Faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal enerji və şəfa mənbəyi kimi qəbul edilir.
9 Yanvar 2018 18:45 Sosialİllərdən bəri balın insan sağlamlığı üçün çox xeyirli bir qida olduğu haqda danışılır. Faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallarla zəngin olan bal enerji və şəfa mənbəyi kimi qəbul edilir.
Lakin qida dəyəri çox yüksək olan bu məhsulun düzgün qəbul qaydasını bilmək vacibdir. Belə ki, araşdırmalar göstərir ki, bal +43 dərəcə istiliyə məruz qaldığı halda tərkibindəki bütün faydalı fermentlər, proteinlər, turşular, vitamin və minerallar öz keyfiyyətini itirir. Yəni, isti çay və ya südə qarışdırılaraq içilən balın heç bir faydası olmaz, bunu əvəzinə ilıq süd və ya çaya qatılaraq içilən bal daha faydalı olur.
Bununla yanaşı balın soyuducuda saxlanılması da onun keyfiyyətini aşağı salır. Balın ən yaxşı saxlanılma qaydası otaq temperaturunda günəş işığına məruz qalmayan sərin və qaranlıq bir yerdə saxlamaqdır.