Formula 1 Azərbaycanda 10 il keçiriləcək? - Açıqlama

Bu il ölkəmizdə keçirilən Formula 1 yarışlarının könüllüləri yarışın 10 il keçirilməsinin planlaşdırıldığını söyləyirlər. Könüllülər bu barədə onlar üçün keçirilən təlimlərdə deyildiyini bildiriblər.

Bu il ölkəmizdə keçirilən Formula 1 yarışlarının könüllüləri yarışın 10 il keçirilməsinin planlaşdırıldığını söyləyirlər. Könüllülər bu barədə onlar üçün keçirilən təlimlərdə deyildiyini bildiriblər.

Məsələ ilə bağlı Formula 1 Azərbaycan Qran Prisindən bildirilib ki, hələlik bununla bağlı rəsmi qərar verilməyib: "3 il əvvəl yarışlar başlayanda vurğulanmışdı ki, Formula 1 ölkəmizdə 5 il keçiriləcək. Sonra ölkəmiz üçün bu yarışın bir faydası olacaqsa, növbəti 5 il də keçirmə haqqına sahibik. Amma hazırda bununla bağlı rəsmi bir məlumat yoxdur".

Qeyd edək ki, bu il Formula 1 yarışları 27-29 aprel tarixlərində keçiriləcək. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31