Bakı Nəqliyyat Agentliyi sürücülərin işə qəbulu üçün müsabiqə elan etdi

Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücüləri üçün işə qəbul üçün müsabiqəsini elan edir. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün ASAN Xidmnətdən məhkumluq haqqında arayış, ümumi tibbi arayış, “D” və’ “DE” kateqoriyalı sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi tələb olunur.

Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi" MMC "D" və "DE" kateqoriyalı sürücüləri üçün işə qəbul üçün müsabiqəsini elan edir. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün "Sürücü Təlim Mərkəzi"ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq. Təlimdə iştirak etmək üçün ASAN Xidmnətdən məhkumluq haqqında arayış, ümumi tibbi arayış, "D" və' "DE" kateqoriyalı sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi tələb olunur.

Qeyd edək ki, hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi" MMC-nin yaradılmasında da əsas məqsəd, bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır. Çünki sərnişinlərin rahatlığı və təhlükəsizliyi məhz bu qeyd edilən amillərlə birbaşa bağlıdır. Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-cu kilometr 1 ünvanında yerləşən "Sürücü Təlim Mərkəzi" MMC-yə müraciət etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31