Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib
Prezident İlham Əliyev F.A.Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
9 Yanvar 2018 17:37 SiyasətPrezident İlham Əliyev F.A.Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayev "Şöhrət" ordeni ilə təltif edilsin.
***
Prezident İlham Əliyev A.M.Əzizovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov "Şöhrət" ordeni ilə təltif edilsin. AZƏRTAC