İslam həmrəylik və birliyə çağırış dinidir

Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.”OLAYLAR”-ın xəbərinə görə, Kürdəmir RİH başçısı Aparatının nümayəndəsi Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi digər İslam ölkələri üçün bir örnəkdir. O vurğulayıb ki, dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasında mövcud olan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə yönəlib. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir.

Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər "İmam Rza" məscidi dini icması tərəfindən "İslam həmrəylik və birliyə çağırış dinidir" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib."OLAYLAR"-ın xəbərinə görə, Kürdəmir RİH başçısı Aparatının nümayəndəsi Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi digər İslam ölkələri üçün bir örnəkdir. O vurğulayıb ki, dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasında mövcud olan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə yönəlib. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev diqqətə çatdırıb ki, tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Ə. Rəfiyev qeyd edib ki, biz İslam mədəniyyətinin və əxlaqının gələcək nəsillərə daha da yaxşı aşılanması üçün əlimizdən gələni etməli və onları həmrəylik hissləri ilə böyütməliyik.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31