Azad Rəhimovdan yeni təyinat
Gənclər və idman naziri Azad Rəhimovun əmri ilə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə yeni direktor təyin edilib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, bu, 2014-2017-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasında PR meneceri vəzifəsini icra edən, "Gənc Velosipedçilər" İctimai Birliyinin təsisçisi Faiq Qurbanovdur.
9 Yanvar 2018 17:02 SosialGənclər və idman naziri Azad Rəhimovun əmri ilə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə yeni direktor təyin edilib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, bu, 2014-2017-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasında PR meneceri vəzifəsini icra edən, "Gənc Velosipedçilər" İctimai Birliyinin təsisçisi Faiq Qurbanovdur.
Azərbaycan Velosiped İdmanı Federasiyasının ofisində (Respublika Velotreki) yeni direktor kollektiv üzvlərinə təqdim edilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və 2 qat dünya çempionu Fərid Mansurov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin OEİUGVİM-in məşqçilər korpusunun üzvləri iştirak ediblər. Yeni direktoru təyinatı münasibətilə təbrik edən Fərid Mansurov ona gələcək fəaliyyətində uğurlar arzuladı. AzVİF-in baş katibi Fərhad Əliyev isə AGİN və federasiyanın birgə səyləri nəticəsində velosipedçilərimizin ustalıq səviyyəsinin daha da artması üçün münbit şəraitin olduğunu söyləyib.
Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yeni direktoru Faiq Qurbanov ona göstərilən yüksək etimada görə Gənclər və İdman naziri Azad Rəhimova təşəkkürünü bildirərək məktəbin ənənələrinin qorunması və daha da inkişaf etirilməsi üçün var gücü ilə çalışacağını deyib.