Gündəm

İrəvan qarışıb: Sərkisyan hakimiyyətdən gedə bilər

16 Yanvar 2018 12:41

Ermənistanda siyasi hakimiyyətin yenilənməsi, Sərkisyan və onun Qarabağ klanının yerinə başqa bir qrupun gəlməsi kifayət qədər real görünür.

AB 8 ölkəni qara siyahıdan çıxarır

16 Yanvar 2018 12:37

Avropa Birliyi 8 ölkəni ofşorlarla bağlı hazırladığı qara siyahısından çıxara bilər. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Qara siyahıdan çıxarılacaq ölkələrin Panama, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Barbados, Qrenada, Makao, Monqolustan və Tunis olduğu bildirilib.

Aİ İrəvana şərt qoydu: Metsamor bağlansın!

16 Yanvar 2018 12:31

Avropa İttifaqı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib. Beynəlxalq aləmdə Ermənistanın “nüvəsizləşdirilməsini” dəstəkləyir.

Azərbaycan məni və ailəmi terrordan qorudu - Brayza

16 Yanvar 2018 12:29

ABŞ-ın Bakıdakı sabiq səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Dövlət Departamentinin Azərbaycanı terror riski olan ikinci katerqoriyalı ölkələr sırasına daxil etməsinə münasibət bildirib.

Çingiz Sadıxovla vida mərasimi başladı

16 Yanvar 2018 12:28

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovla vida mərasimi başlayıb. Dəfndə mərhumun ailə üzvləri və tanınmış simalar iştirak edir.

Robert Pattinson müsəlman oldu – İDDİA

16 Yanvar 2018 12:25

Dünya  şöhrətli gənc aktyor Robert Pattinsonun müsəlman olması ilə bağlı xəbərlər yayılıb. Bu iddiaların yaranmasına səbəb onun "New York Times"a verdiyi reportajda işlətdiyi sözlər olub:  "2010-cu ildə Los-Ancelesdə gəzərkən qarşıma məscid çıxdı. İçəriyə girəndən sonra həyatım dəyişdi. Oradan çıxandan sonra ingilis dilində "Quran-i Kərim" alıb oxudum.

Müəllimlərdən rüşvət istəyən qalmaqallı direktor işdən çıxarıldı

16 Yanvar 2018 12:21

Müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılan Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub. Bu barədə məlumatı rayon təhsil şöbəsinin kadr məsələləri üzrə mütəxəssisi Ələkbər Niftiyev verib. O bildirib ki, səs yazısı və araşdırma işləri aparıldıqdan sonra direktor işdən çıxarılıb. Dünəndən etibarən L. Seyfullayev artıq direktor vəzifəsini icra etmir.

"19 xal geridə qalsaydıq, bizi öldürərdilər"

16 Yanvar 2018 12:20

"Real" bizdən 19 xal qabaq olsaydı, Barselonada bizi öldürərdilər. 19 xal çox böyük  fərqdir. Amma "Real"ın sona qədər döyüşəcəyini düşünürəm. Bu sözləri "Real Soseydad"ı 4:2 hesabı ilə məğlub etdikdən sonra "Barselona"nın müdafiəçisi Jordi Alba deyib. 

2020-ci il UEFA Super Kubokunu keçirməkdə maraqlı olan ÖLKƏLƏR

16 Yanvar 2018 12:18

2020-ci il UEFA Super Kubokunu keçirməkdə 9 ölkə maraqlıdır. Namizədliklərini Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nitsa), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişinyov), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) irəli sürüb. Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.

Ana uşaqlarını öldürüb, intihar etdi

16 Yanvar 2018 12:17

Ana Yutub-da məşhurlaşan uşaqlarını öldürüb, sonra da intihar edib. Christina Treadway adlı qadın uşaqlarını öldürdükdən sonra körpüdən atlayaraq özünü öldürüb. O, övladları 7 yaşlı Isaiah Miller və 3 yaşlı Iliya Miller-i öldürdükdən sonra Karolina ştatındakı I-485 körpüsünə çıxaraq intihar edib. Hadisə ilə bağlı cinayət işi açılıb. Polislər cinayətin səbəbini araşdırır. Uşaqların atası cinayətdə şübhəli deyil. İntihar edən qadının anası FOX TV-yə açıqlamasında bildirib ki, o, çox yaxşı valideyn və ər olub. "O, həyat yoldaşından özünü öldürməsi ilə bağlı mesaj aldı. Özünü itirdi. Qızım mesajda özünü öldürəcəyini və buna görə üzr istədiyini qeyd etmişdi. Uşaqlarına atası çox yaxşı insan idi. Qızımın belə etməsinin səbəbini bilmirik".

Rusiya idmançılarının olimpiadaya keçmiş SSRİ-nin rəmzləri ilə yollanmaları təklif olunub

16 Yanvar 2018 12:13

Rusiya idmançılarının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarına keçmiş SSRİ-nin bayrağı və himni ilə yollanmaları təklif olunub. Belə bir təkliflə internet istifadəçiləri olimpiadada Rusiya simvollarına qadağa qoyulması səbəbindən çıxış ediblər. Onlar Rusiyanın hazırkı himninin keçmiş SSRİ-nin himni ilə üst-üstə düşməsini, ölkənin isə SSSRİ-nin varisi olmasını əsas gətiriblər.

İnfarkt keçirən İsa Qəmbərdən XƏBƏR VAR - Həkimi danışdı

16 Yanvar 2018 12:11

İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir. Bunu açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib. O bildirib ki, İ. Qəmbər özünü yaxşı hiss edir: "Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır". İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur: "Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur".

Teleqüllənin yaxınlığında çatlar böyüdü - eni 1, dərinliyi 6-7 metrə çatdı 

16 Yanvar 2018 12:08

“Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib. Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Qərar verildi: Rohincalılar geri qayıdacaq

16 Yanvar 2018 12:05

Banqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək. Məlumata görə, bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir. Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb. Eyni zamanda Myanma hökuməti geri qayıdan rohinca müsəlmanları üçün yaşayış sahələri ayırmağı öhdəsinə götürür.

Ali Məhkəmə Əli İnsanovla bağlı QƏRAR VERDİ

16 Yanvar 2018 12:03

Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara əsasən, Əli İnsanovun kasasiya şikayəti təmin edilməyib.