Qərar verildi: Rohincalılar geri qayıdacaq
Banqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək. Məlumata görə, bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir. Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb. Eyni zamanda Myanma hökuməti geri qayıdan rohinca müsəlmanları üçün yaşayış sahələri ayırmağı öhdəsinə götürür.
16 Yanvar 2018 12:05 DünyaBanqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək. Məlumata görə, bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir. Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb. Eyni zamanda Myanma hökuməti geri qayıdan rohinca müsəlmanları üçün yaşayış sahələri ayırmağı öhdəsinə götürür.
Qeyd edək ki, hazırda Myanmada 30 minə yaxın rohincanın qəbul olunması üçün düşərgə tikilir. Trend.az