Teleqüllənin yaxınlığında çatlar böyüdü - eni 1, dərinliyi 6-7 metrə çatdı 

“Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib. Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

"Teleqüllə" sürüşmə sahəsində - Teleqüllədən 200-250 m cənub - şərqdə torpaq qatında yaranan çatlar genişlənib. Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, ərazinin bəzi yerlərində artıq eni 1 metrə, dərinliyi 6-7 metrə çatan çatlar yaranıb. İstinad divarlarındakı çatların eni də 15 sm-ə çatıb: "İstinad divarının yanında şaquli olaraq, yamac kəsilib. Burada belə proseslərin baş verməsinə baxmayaraq, ərazidə yol çəkilir. Sürüşmənin qarşısını almaq üçün isə heç bir tədbir görülmür". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31