Gündəm

DİN yol-patrul xidmətinə işçi axtarır

16 Yanvar 2018 13:27

Daxili İşlər Nazirliyi (DİN) aşağıda göstərilən polis orqanlarında vakant yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Baş Dövlət Yol Polisi İdarəsində (1 vəzifə), Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində (27) və Nərimanov (1) rayon polis idarələrində, Hacıqabul (1), Kürdəmir (1), Samux (1), Yevlax (1), Cəlilabad (1), Laçın (1), Xızı (1), Şəki (1) şəhər, rayon polis şöbələrində. DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 37 vakant vəzifənin komplektləşdirilməsi məqsədilə keçiriləcək müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, habelə tam orta təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, 3 il sürücülük təcrübəsinə malik, yaşı 21-dən aşağı, 26-dan yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, Bakı şəhəri və yuxarıda göstərilən rayonlarda qeydiyyatda olan və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.

100 kq narkotik vasitə müsadirə olunub

16 Yanvar 2018 13:26

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir

16 Yanvar 2018 13:25

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanının “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə bağlı rayonlarda çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, Qaradağ, Abşeron, Bərdə, Ağstafa, Ucar, İmişli, Quba və Kürdəmir rayonlarında təntənəli yolasalma tədbirləri keçirilib.

Məktəblərdə gender bərabərliyi dərsləri keçirilir

16 Yanvar 2018 13:23

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində gender bərabərliyinə həsr olunmuş dərslər təşkil edilir. “OLAYLAR”-a İdarədən bildirilib ki, dərslər YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan ümumi təhsil müəssisələrində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir. YUNESKO-nun “Dünyanın ən böyük dərsi” layihəsi çərçivəsində dərslərin təşkil olunmasında əsas məqsəd məktəblərdə gender problemini müzakirə etmək və şagirdlərdə gender məsələlərinə adekvat münasibət formalaşdırmaqdan ibarətdir. 

Polis qanunsuz saxlanılan silahları müsadirə edib

16 Yanvar 2018 13:21

Daxili İşlər Orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

60 saniyədə əmlak sahibi olmaq imkanı

16 Yanvar 2018 13:20

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 16-da növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.

Rəqsanənin eks-polis sevgilisinin DƏHŞƏTLİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI

16 Yanvar 2018 13:18

Oğurluqda ittiham olunan Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və onların ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Dağlıq Qarbağda erməni əsgəri naməlum şəraitdə güllələnib

16 Yanvar 2018 13:16

İşğal altında olan Azərbaycan ərazilərində erməni əsgər güllələnib. Məlumata görə, hadisə yanvarın 16-na keçən gecə Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin müdafiə məntəqəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Arutyun Xaçatryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Araşdırma aparılır.

Ramzan Kadırovun adı “qara siyahı”ya salındı

16 Yanvar 2018 13:03

Litvanın Miqrasiya Departamenti “Maqnitski siyahısı”nı dərc edib. Siyahıda Çeçenistan prezidenti Ramzan Kadırov da daxil olmaqla, 49 Rusiya vətəndaşının adı yer alıb. Bu şəxslərin Litvaya girişi qadağan edilib. Məlumata görə, siyahı 2017-ci ildə ABŞ-ın tərtib etdiyi “Maqnitski siyahısı”na anoloji olaraq hazırlanıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müavininin oğlu avtomobil qəzasında ölüb

16 Yanvar 2018 13:01

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb. Məlumata görə, bu barədə “news.am” saytı xəbər yayıb.

Orfoqrafiya Komissiyası: Layihə ilə bağlı bəzi tənqidlər qeyri-elmidir, professional deyil

16 Yanvar 2018 12:59

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu Azərbaycan dilinin 69 maddədən ibarət yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Akademiyanın ictimaiyyətə təqdim etdiyi və mediada müzakirəyə çıxarılan orfoqrafiya qaydalarının layihəsidir”. Bunu AMEA-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Hava meteohəssas insanlarda narahatlıq yaradacaq

16 Yanvar 2018 12:56

Bakıda və Abşeron yarımadasında yanvarın 17-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

XİN: “20 yanvar faciəsi hələ beynəlxalq hüquqi qiymətini almayıb”

16 Yanvar 2018 12:50

“20 yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb”.“Olaylar” xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə 20 yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib.

Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

16 Yanvar 2018 12:48

18 yanvar 2018-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Əlil şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı proqram təsdiq edilib

16 Yanvar 2018 12:47

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.