60 saniyədə əmlak sahibi olmaq imkanı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 16-da növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.
16 Yanvar 2018 13:20 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 16-da növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən yeniliyə görə alıcılar elektron qaydada sifariş verə, onlayn olaraq qoşula bilərlər. Beləliklə, alıcının heç bir yerə getməsinə ehtiyac qalmır. Bu isə məkan məfhumunu aradan qaldırır. Onlayn rejimdə iştirak edən şəxs 60 saniyə ərzində təklifini irəli sürməklə əmlak sahibi olur. Hərrac rəqabətli keçdikdə isə alıcılar əmlakın ilkin satış qiymətinin 1%-dən az olmayan yeni təklif edirlər. Özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur. Elektron hərracın tətbiqi prosesə olan marağı artırır. Bu isə öz növbəsində hərracı daha da rəqabətli edir. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, Bakının Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 12 min 500 manata olduğu halda ən son 17 min 200 manat təklif edilib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 68,2 kv.m olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 12 min 500 manat olsada 17 min manata sahibini tapıb.Ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Səbail rayonunda yerləşən sahəsi 170,7 kv.m olan qeyri-yaşayış sahəsi olub.Prosesdə xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 176 saylı mağaza bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 450,6 kv.m təşkil edir.