Çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanının “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə bağlı rayonlarda çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, Qaradağ, Abşeron, Bərdə, Ağstafa, Ucar, İmişli, Quba və Kürdəmir rayonlarında təntənəli yolasalma tədbirləri keçirilib.
16 Yanvar 2018 13:25 SiyasətAzərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanının "Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamının icrası ilə bağlı rayonlarda çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, Qaradağ, Abşeron, Bərdə, Ağstafa, Ucar, İmişli, Quba və Kürdəmir rayonlarında təntənəli yolasalma tədbirləri keçirilib.
Tədbirlərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin şəxsi heyəti, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Mərasimlərdə çıxış edənlər hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıblar.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.