Gündəm

Qeyri-neft sektoru inkişaf mərhələsində

16 Yanvar 2018 14:26

Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi qarşıya prioritet vəzifə olaraq qoyulub və bu istiqamətdə müəyyən addımlar atılır. Etiraf etmək lazımdır ki, ötən müddət ərzində qeyd edilən sahədə müəyyən uğurlar da əldə olunub. Daxili istehsal artıb, Azərbaycan məhsulları xarici bazarlarda özünə yer tapıb.

Natavan əsəbiləşdi: "Dürüstlük başınız üçün deyil..."

16 Yanvar 2018 14:24

"İncə"sənət - sən nələrə qadir imişsən. Vallah dəyməz... İnsanlıq dəbə minənə qədər onda gözləyək. Birgə yeyilən çörəyə hörmət qoyulana qədər gözləyək...". Bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Sənətçi ilə bağlı Kərim Abbasovun dediyi "İçi kinlə doludur" kəlməsi qarşı tərəfi özündən çıxarıb.

“ASAN xidmət” Monteneqro mətbuatında

16 Yanvar 2018 14:21

Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub. Olaylar.az bildirir ki, Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.

Ramiz Mehdiyevin kitabı MEK-ə daxil oldu

16 Yanvar 2018 14:19

AMEA Mərkəzi Elmi Kitabxanasına Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyinə həsr olunmuş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitab daxil olub. Olaylar.az bildirir ki, kitabın ideyasının, ön sözünün müəllifi və elmi redaktoru Azərbaycan Respublikasının Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncamına əsasən AXC-nin 100 illiyinə töhfə olaraq hazırlanıb.

Biz bu münaqişələri həll edə bilərik - Lukaşenko

16 Yanvar 2018 14:16

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Avropa bölgəsində təhlükəsizlik donoru adlandırıb. O, Belarusun regionda bir sıra münaqişələrin həlli üçün platforma olduğunu vurğulayıb: “Belarus bu gün sülhsevər Avropa dövlətidir. Hər hansı ölkənin suverenliyi və müstəqilliyinin təmin edilməsi həmişə iqtisadiyyatdan asılıdır.

Lütfi Zadənin prototipi qələmə alındı

16 Yanvar 2018 14:16

“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri keçirməkdə məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa və xüsusilə də ana dilimzdə mütaliəyəyə təşviq etmək məqsədilə mükafatlandırmaq olub. Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri də təşkil olunub.

Türkiyə Suriya siyasətində təklənir

16 Yanvar 2018 14:09

Türkiyənin artan siyasi və iqtisadi qüdrəti, xüsusilə də Yaxın Şərq regionunda nüfuz dairəsinin genişlənməsi Qərbi, Birləşmiş Ştatları, hətta hərdən düşmən, hərdən də dost olan Rusiyanı belə ciddi şəkildə narahat edir. Baxmayaraq ki, Moskva Qərbə qarşı dirəniş göstərməkdə Ankaranı özünə müttəfiq edə bilib, amma Suriya məsələsində Rusiya heç də müttəffiqlik prinsiplərinə əməl etmir desək yanılmarıq.

Amerika generalı: “Rusiya Avropaya hücum etmək üçün hazırdır”

16 Yanvar 2018 14:08

“Moskvanın yenilənmiş hərbi potensialından Avropaya qarşı istifadəyə hazır olması istisna edilmir”. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford NATO-nun Hərbi komitəsinin Brüsseldə keçirilən müşavirəsində deyib.

“Lavrov görüş öncəsi yumşaq mühit yaratmaq istəyib”- ŞƏRH

16 Yanvar 2018 14:05

“Ötən gün Rusiyanın XİN başçısı Sergey Lavrovun keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll edilməsi ilə bağlı fikri bizi tam şəkildə qane edir. Çünki biz bu mövqeyi uzun illərdir ki, irəli sürürük və onun tərəfdarıyıq”. Bunu politoloq Fikrət Sadıqov deyib.

"Facebook" statusları redaktə etmək funksiyasını ləğv etdi?

16 Yanvar 2018 14:02

Son dövrlərdə sürətlə reytinq itirən "Feysbuk" şirkəti günü-gündən istifadəçilərinin etimadını da itirir. Bu gün "Feysbuk" istifadəçilərinin əksəriyyəti paylaşımlarını redaktə edə bilmədiklərini bildiriblər. "Feysbuk"un rəsmi səhifəsində isə mövzu ilə bağlı heç bir açıqlama verilməyib. İlkin ehtimallara görə, bu sistemdə gedən yeniliklərlə bağlıdır.

Əli Mirəliyevdən şok açıqlama

16 Yanvar 2018 13:51

Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib. Müğənninin bu sözlərindən sonra evdə dava düşməsə yaxşıdır: “Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə.

Azərbaycanlı müğənni dəlicəsinə sevdiyi kişidən ayrılıb

16 Yanvar 2018 13:47

Bu gün "Səhər-Səhər" verilişinin qonağı olan Sevda Yahyayeva cəsarətli etirafları ilə diqqət çəkib. Elgizin müğənni xanıma qəfil ünvanladığı "Heç həyatında ürəkdən, dəli kimi sevdiyin məqam olub?" suala Sevda soyuqqanlılıqla cavab verib.

Məktəb avtobusu yaşayış evinə girdi: 47 yaralı - Almaniyada

16 Yanvar 2018 13:45

Almaniyada məktəb avtobusu yaşayış evinin divarına çırpılıb. Qəza nəticəsində 47 nəfər yaralanıb. Yaralılardan 10-nun ağır vəziyyətdə olduğu bildirilir.

Multikulturalizm Azərbaycan dövlətinin həyat tərzinə çevrilib

16 Yanvar 2018 13:35

Azərbaycan zəngin tarixə, qədim adət-ənənənlərə malik ölkələrdən biri kimi həm də özündə müxtəlif mədəniyyətləri, dinləri birləşdirir. Belə ki, hələ tarixin uzaq keçmişindən müxtəlif xalqların və tayfaların, yadellilərin ölkəmizin ərazisinə hücumları, Azərbaycandan karvan yolu kimi istifadə etmələri, eləcə də buradan nəqliyyat dəhlizi kimi istifadə edərək ətraf ərazilərə həyata keçirdikləri işğalçılıq siyasəti nəticəsində yüzlərlə ailə müxtəlif səbəblərdən Azərbaycanda məskunlaşmış, burada özünün mədəniyyətini, dinini yaşadıb inkişaf etdirmişlər. Bütün bu amillər Azərbaycanda dini müxtəliflik, multikulturalizm yaratmışdır. Müsəlman ölkəsi olmağımıza baxmayaraq Azərbaycanda xristianlar, yəhudilər, eləcə də digər dinlərin nümayəndələri yaşayırlar ki, əslində bu da bizim bir növ milli sərvətimizdir. Təsadüfi deyil ki, bütün bunlardan irəli gələrək Azərbaycan haqlı olaraq miltikultural ölkə kimi xarakterizə edilir.

Evdə yanan 5 yaşlı uşağın anası da öldü

16 Yanvar 2018 13:31

Yanvarın 15-də saat 8 radələrində Bərdə rayonunun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 5 yaşlı Rüqayənin yanmış meyiti tapılıb. Uşağın xəstəxanaya yerləşdirilmiş anası Zümrüd Novruzova isə orada ölüb. Araşdırma aparılır.