Biz bu münaqişələri həll edə bilərik - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Avropa bölgəsində təhlükəsizlik donoru adlandırıb. O, Belarusun regionda bir sıra münaqişələrin həlli üçün platforma olduğunu vurğulayıb: “Belarus bu gün sülhsevər Avropa dövlətidir. Hər hansı ölkənin suverenliyi və müstəqilliyinin təmin edilməsi həmişə iqtisadiyyatdan asılıdır.

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Avropa bölgəsində təhlükəsizlik donoru adlandırıb. O, Belarusun regionda bir sıra münaqişələrin həlli üçün platforma olduğunu vurğulayıb: "Belarus bu gün sülhsevər Avropa dövlətidir. Hər hansı ölkənin suverenliyi və müstəqilliyinin təmin edilməsi həmişə iqtisadiyyatdan asılıdır. Ötən il iqtisadiyyatımızdakı mənfi tendensiyaları aradan qaldıra bildik. Belarusiyada nüvə enerjisi və biotexnologiya inkişaf edir. Bizim qəlbimiz əlaqələrin möhkəmləndirilməsində, çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olan tərəflər üçün həmişə açıqdır". Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31