“ASAN xidmət” Monteneqro mətbuatında
Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub. Olaylar.az bildirir ki, Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.
16 Yanvar 2018 14:21 SosialMonteneqronun nüfuzlu CdM informasiya portalında "Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir" adlı məqalədə Azərbaycan brendi "ASAN xidmət"dən bəhs olunub.
Olaylar.az bildirir ki, Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.
Suzana Pribiloviç "ASAN xidmət" təcrübəsinə də toxunub:
"Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik. Orada olarkən BMT tərəfindən tanınan və mükafata layiq görülmüş model ilə şəxsən tanış olmaq şansım da oldu. Bu sistemin xususiyyəti vətəndaşın hər şeydən üstün olduğunu vurğulamasıdır ki, bu da bizim nail olmaq istədiyimiz bir məqamdır".
Qeyd edək ki, 4 - 5 iyul 2017-ci il tarixində Monteneqronun Dövlət İdarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.
Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi "ASAN xidmət" modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi olub.