Türkiyə Suriya siyasətində təklənir
Türkiyənin artan siyasi və iqtisadi qüdrəti, xüsusilə də Yaxın Şərq regionunda nüfuz dairəsinin genişlənməsi Qərbi, Birləşmiş Ştatları, hətta hərdən düşmən, hərdən də dost olan Rusiyanı belə ciddi şəkildə narahat edir. Baxmayaraq ki, Moskva Qərbə qarşı dirəniş göstərməkdə Ankaranı özünə müttəfiq edə bilib, amma Suriya məsələsində Rusiya heç də müttəffiqlik prinsiplərinə əməl etmir desək yanılmarıq.
16 Yanvar 2018 14:09 DünyaAstana formatı fiaskoya uğrayır
Türkiyənin artan siyasi və iqtisadi qüdrəti, xüsusilə də Yaxın Şərq regionunda nüfuz dairəsinin genişlənməsi Qərbi, Birləşmiş Ştatları, hətta hərdən düşmən, hərdən də dost olan Rusiyanı belə ciddi şəkildə narahat edir. Baxmayaraq ki, Moskva Qərbə qarşı dirəniş göstərməkdə Ankaranı özünə müttəfiq edə bilib, amma Suriya məsələsində Rusiya heç də müttəffiqlik prinsiplərinə əməl etmir desək yanılmarıq. Belə ki, Suriya böhranına həsr olunan konfransa Rusiyanın PKK-nın Suriya qanadı sayılan YPĞ-nı dəvət etmək istəyi barədə yayılan xəbərlər Ankarada heç də normal qarşılanmayıb. Bu arada Türkiyə rəsmilərinin bir-birinin ardınca Avropaya səfər etmələri də dolayısıyla Ankaranın Moskvadan incik düşməsi kimi dəyərləndirilir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Moskva Suriya böhranının həlli ilə bağlı məsələdə müttəffiqlik prinsiplərini pozur. Politoloq hesab edir ki, bununla da Türkiyə Suriya mısələsində təklənir: "Suriya böhranı baş verəndən bəri, Birləşmiş Ştatlar və Rusiya Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək üçün geosiyasi mübarizəyə başladı. Bu geosiyasi mübarizə Suriyada davam etdiyindən Türkiyədə qonşu ölkə olaraq, bu problemdən kənarda qala bilməzdi. Birləşmiş Ştatların şimali Suriyada Türkiyə əleyhinə PKK terror təşkilatının qolu YPG kürd terrorçularına ilk əvvəldən dəstək verməsi və silahlandırması, NATO müttəfiqi olan iki ölkə arasında dərin siyasi böhrana səbəb olub. Bundan sonra, Birləşmiş Ştatlarla Türkiyə arasında Suriya münaqişəsində ortaq məxrəc yaranması real görünmür. Qeyd edim ki, Vaşinqton Türkiyə əleyhinə YPG terror təşkilatını yüz tonlarla silahlandırması, regionda yeni müharibə riskini artırır". Politoloq deyib ki, Birləşmiş Ştatların Suriyada Türkiyə ilə koordinasiya siyasət aparmaması, rəsmi Ankaranın Rusiya ilə yaxınlaşmasını şərtləndirdi: "İŞİD-ə qarşı mübarizə və Suriyada atəşkəs zonalarının təyin edilməsi, Astana prosesində Türkiyə-Rusiya və İran formatının uğurlu siyasi gedişi oldu. Hazırda Suriyada İŞİD məğlub edilib. Türkiyənin dəstəklədiyi İdlib regionunda Azad Suriya ordusu və müəyyən silahlı qruplar var. Bu silahlı qruplar Əsədə qarşı silahlı müxalifətdi və onların məğlub edilməsi, Moskva üçün əsas prioritedi. İŞİD və yaxud hər hansı sivil silahlı müxalifət, Rusiya üçün Əsədə qarşı bütün silahlılar eynidir". Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya və Suriyanın planı İdlibdə Türkiyənin dəstəklədiyi silahlı müxalifəti sıradan çıxartmaqdır: "Moskva Əsədə qarşı heç bir silahlı qrupların mövcudluğunu qəbul etməyəcək. Rusiyanın Hmeymim hərbi bazasına hücumların təşkilində məhz Rusiyanın İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qrupları qeyd etməsi, əsasən bu silahlı qrupların sıradan çıxarılmasına hesablanıb. Suriya qoşunlarının və Rusiyanın aviasiyasının hücumları Türkiyənin nəzarətində olan İdlibdə silahlı qrupların vurulması, Ankara-Moskva arasında əlaqələrdə yenidən problemlərə yol açır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi qəbul etməməsi və İdlibdə silahlı qrupların istənilən vaxt Əsədə qarşı silahlı müharibəyə başlamaq ehtimalı, Rusiyanı narahat edən məqamlardandı. Artıq, Ərdoğanın Suriya siyasəti Putinin maraqlarına cavab vermir. Göründüyü kimi Ankara, Vaşinqton və Moskva ilə Suriyada toqquşur. Türkiyə silahlı qüvvələrinin Afrində Birləşmiş Ştatların dəstəklədiyi YPG terrorçularını top atışı ilə vurması, yeni hərbi əməliyyatlardan xəbər verir. Şimali Suriyada Afrində güclənən YPG teroristlərinin müasir silahlarla Türkiyə üçün təhdid olması ortadadır. Ankara Afrin əməliyyatlarına başlasa, YPG terorçuları müasir ABŞ silahları ilə Türkiyə ordusuna ciddi şəkildə təzyiq göstərə bilər. Şiddətli döyüşlərin davam etməsinə səbəb ola bilər. Təbii ki, burada Birləşmiş Ştatların siyasəti həlledicidir. Əgər Vaşinqton YPG-ni Türkiyə ilə döyüşə göndərərsə, bu ABŞ-Türkiyə müharibəsi olacaq. Göründüyü kimi, Suriyada Türkiyə təkbaşına qalıb. Əgər, Türkiyə Afrini terrorçulardan təmizləsə, Türkiyənin regional gücünə qatqı verəcək. PKK terror təşkilatına ciddi zərbə vuruluacaq. Qeyd edək ki, ABŞ-ın İŞİD-ə qarşı Suriyada YPG terror təşkilatının üzvülərindən formalaşdıracağı 30 minlik "ordu" əsasən Şimali Suriyada kürd muxtariyyət yaratmaq və Türkiyəni hədəfdə saxlamaqdır.Türkiyə "İdlib" əməkiyyatına başlayarsa, kürd muxtariyyətinin qarşısın almaq iqtidarındadır. Təssüf ki, Ankaranın YPG siyasətinə Rusiya və İran dəstək vermir. Bununlada Suriya üzrə Astana formatı getdikcə fiaskoya uğrayır".
Süleyman